Abbas Abbasovun deputat oğlu da ölkəni tərk edib; böyük bir klan Bakı ilə üzülüşür
25.03.2014 - 14:58
Abbas Abbasovun deputat oğlu da ölkəni tərk edib; böyük bir klan Bakı ilə üzülüşür

Son günlər sensasion müsahibələri ilə bir daha gündəmə gələn, özünün və ailəsinin Bakıdan ölümlə təhdid olunduğunu bəyan edən baş nazirin keçmiş müavini Abbas Abbasovla bağlı yeni sensasion məlumatlar əldə etmişik
Politika.Az-a daxil olan məlumata görə, ölüm təhdidlərindən sonra A.Abbasovun Azərbaycanda yaşayan oğlu, deputat Aydın Abbasov da ailə üzvlərini Bakıdan çıxarıb. Abbas Abbasovun digər oğlu Vüsal Abbasov isə uzun müddətdir Türkiyədə yaşayır və atasının bu ölkədəki biznesini idarə edir. V.Abbasov həm də “LUKoil” şirkətinin Türkiyə nümayəndəliyinin rəhbəridir. Abbas Abbasovun deputat oğlu isə ailə üzvləri ilə birlikdə Bakıda yaşayırdı. Ancaq atasına təzyiqlər başlayandan sonra A.Abbasov ailə üzvlərini Bakıdan çıxarmağa məcbur olub. Hazırda deputatın özü də Bakıda deyil və məlumatlara görə, ola bilsin ki, heç ölkəyə qayıtmasın.
Başqa bir məlumata görə, Aydın Abbasovdan səhhəti və şəxsi işləri ilə bağlı deputat mandatını təhvil verməsi tələb olunur. Çox güman ki, 2015-ci ilin parlament seçkilərini gözləmədən Aydın Abbasov mandatı ilə vidalaşacaq. Məlumatlı mənbələr bildirir ki, xüsusən də atasının son müsahibəsində söylədiklərindən sonra onun Azərbaycanda qalaraq deputat kimi fəaliyyət göstərməsi mümkünsüzdür.
Short URL: http://www.cumhuriyyet.net/?p=5368