Sumqayıt şəhər səhiyyəsinin maxinasiyaları

25.03.2014 - 15:53

Ələkbər Tağıyev bəzi işləri yaxın
adamlarının vasitəsilə həyata keçirir

 

 

Sumqayıt
Şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyevin adı son zamanlar bir sıra
xoşagəlməz məqamlarda hallanır. Belə ki, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinə
ayrılmış milyonlarla vəsaitin taleyinin qaranlıq qaldığını iddia edən məlumatlı
şəxsin bildirdiyinə görə, bu işə görə heç kim məsuliyyəti öz üzərinə götürmək
niyyətində deyil: “Halbuki ötən il Sumqayıt Şəhər Səhiyyə Şöbəsinə bir xeyli
vəsait ayrılıb.

Məsələn,
çirkli paltarların yuyulması, ütülənməsi və çatdırılması xidmətlərinin satın
alınması üçün 43440,1 manat, cari təmir işlərinin satın alınması üçün 66805
manat, əsaslı təmir işlərinin satın alınması üçün 384339,69 manat, digər maşın
və avadanlıqların satın alınması 178770 manat, avtomobil ehtiyat hissələrinin
satın alınması 99970 manat, tibbi avadanlıqların satın alınması 304086 manat,
bərk inventarların satın alınması 315650 manat, ərzaq məhsullarının satın
alınması 90010 manat, mətbəə blanklarının satın alınması 81450 manat, yataq
ləvazimatları və xüsusi tibbi geyimlərin satın alınması 216590 manat, çirkli
paltarların yuyulması, ütülənməsi və çatdırılması xidmətlərinin satın alınması
49610 manat, dezinfeksiya məhlulları, peyvənd preparatlarının və şprislərin
satın alınması 77850,5 manat, laborator reaktivlər və kiçik tibbi alətlərin
satın alınması 14849,59 manat, rentgen plyonka, flüoroqrafik lent, fiksaj,
aşkarlayıcı, EKQ lentinin satın alınması 14968,77 manat, şəkər əleyhinə dərman
preparatlarının satın alınması 1283271,83 manat, onkoloji, narkotik və
psixotrop dərman preparatlarının satın alınması 93674,18 manat, dərman
preparatları və təsərrüfat mallarının satın alınması üçün isə 119265,62 manat
ayrılıb. Bu qədər vəsaitin qarşılığında hələ ki, heç bir tutarlı iş
görülməyib”.

Sumqayıt
Şəhər Səhiyyə Şöbəsinin ərzaq məhsullarının satın alınması adı altında həyata
keçirdiyi əməliyyatlar nəticəsində təkcə ötən il 1,85 milyon manata yaxın
vəsaitin xərcləndiyini deyən məlumatlı şəxs 2012-ci ildə də Ələkbər Tağıyevin
rəhbərlik etdiyi quruma ayrı-ayrılıqda təkcə ərzaq məhsullarının alınması üçün
qeyd olunan qədər vəsaitin ayrıldığını bildirir: “Həmin vəsaitin 451401 manatı
“İdeal Təchizat kommersiya 2012” MMC və “Ayan-2012” MMC şirkətləri vasitəsilə
digər ərzaq məhsullarının satın alınmasına “sərf” olunub. “Qızıl Torpaq
Kəndli-Fermer” MMC-nin yardımı ilə alınmış ət, süd və kənd təsərrüfatı
məhsullarına isə 743000 manat “xərclənib”. Xəstəxanalara çörək alınması işləri
isə fiziki şəxs Ruslan Namazova həvalə edilib ki, bu məqsədlə də 64990 manat
ayrılıb”. Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyevin tender
məsələlərilə bağlı böyük təcrübəsinin olduğunu vurğulayan məlumatlı şəxsin
iddiasına görə, o, bu işləri yaxın adamlarının vasitəsilə həyata keçirir: ”
Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin rəhbərliyi bu tip əməliyyatlarla kifayət qədər
gəlir götürür. Maraqlıdır, görəsən, Səhiyyə Nazirliyinin Ələkbər Tağıyevin
rəhbərlik etdiyi qurumun həyata keçirdiyi “tender əməliyyat”larından xəbəri
varmı?..”

Sözügedən mövzu ilə bağlı daha
ətraflı məlumat almaq, məsələyə aydınlıq gətirmək məqsədilə Sumqayıt Şəhər
Səhiyyə Şöbəsilə əlaqə saxlamağa çalışsaq da, Ələkbər Tağıyevin rəhbərlik
etdiyi qurumun (018) 65 5 76 41 və (018) 65 5 56 79 nömrəli telefonlarına cavab
verən olmadı. Odur ki, şöbə rəhbərliyi istənilən vaxt qarşı tərəf olaraq öz
mövqeyini bildirə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=5369

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728