Saatlıda sosial böhranın son həddi

25.03.2014 - 16:07

Rayon
sakini “Yeni Cumhuriyyət”ə ürək parçalayan məktub göndərdi

 

“İşsizəm, bayram
qabağı evə getməyə utanıram”

 

Saatlı rayonu Yeni Novruzlu kənd sakini
Rzayev Mirismayıl Mirqiyas oğlu tərəfindən redaksiyamıza həyacan dolu,
ilginc  məktub daxil olub.  Məktubda deyilir; “Dövlət başçısı İlham
Əliyevə dəfələrlə yazdığım məktuba baxılmır. 4 ildir ki Saatlının Novruzlu
kəndində yeni yaradılmış qəsəbədə yaşayıram. İşsizlik ucbatından küçələrdə
qalmışam. Qarşıdan Novruz bayramı gəlir, üzüm utanır, uşaqların yanına gedə
bilmirəm. Amma qəsəbədə bir evdən iki nəfər işləyənlər var. Şoxu da kənd icra
nümayəndəsi Oqtay Zülfüqarovun qohumlarıdır. İcra nümayəndəsi saxtakarlıqla
məşğul olur. Rayon rəhbərliyi isə belə neqativ hallara göz yumur. Borcun içində
batıram, dükanlar da daha nisyə mal vermir. Bu ərizəni sizə yazmağı özümə
mənəvi borc bildim”.

Redaksiyadan: Biz mətbu orqan olaraq Saatlı rayonu Yeni Novruzlu kənd sakini
Rzayev Mirismayılın məktubunu dərc edirik. Onun məktubda qaldırdığı problemini
həll etməyi aidiyyatı qurumların, o cümlədən Saatlı rayon İcra hakimiyyətinin
ixtiyarına buraxırıq. Mirismayıl göründüyü kimi elə də böyük çox şey istəmir.
Normal iş yeri ilə təmin olunub ailəsini dolandırmaq, özünün dediyi kimi evinə
getməyə üzü olmasını istəyir. Niyə də istəməsin. Axı dövlət başçısı bildirib
ki, son illər ölkədə 1 milyon 200 mindən çox iş yeri açılıb. Bəs görəsən o “iş
yerləri” hardadır ki, Mirismayıl kimi vətəndaşlarımız orda işləyə bilmir. Həmin
iş yerlərini mirismayıllara göstərmək və onu işlə təmin etməyi bu iş yerlərini
bilən Saatlı RİH başçısı Siraqəddin Cabarova həvalə edirik.

Yeri gəlmişkən
qeyd edək ki, son illər Rzayevlər ailəsinə qarşı Saatlı RİH tərəfindən aparılan
təzyiqlər və repressiyalarla bağlı mətbuatda xeyli məlumatlar dərc olunub.
Hətta Mirismayıl Rzayevin əmisi Mirabad Rzayev öz haqqını tələb etdiyinə görə
2012- ci ildə rayon icra başçısı Siraqəddin Cabaraov tərəfindən İcra
Hakimiyyətinin qəbul otağında həbs edilib, qanunsuz həbs həyatı yaşayıb.

Mövzunu diqqətdə
saxlayacayıq.

 

Xəbər
Xidməti

Short URL: http://www.cumhuriyyet.net/?p=5370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930