İsrailin keçmiş baş naziri həbsxanaya aparıldı

15.02.2016 - 14:44

ehud-olmertİsrailin 70 yaşlı keçmiş baş naziri Ehud Olmert həbs edilib.

“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb. Məlumata görə, onun “Maasiyaqu” həbsxanasına gətirilməsini telekanallar birbaşa yayımlayıb.

O, bu həbsxanada 19 ay saxlanılacaq, ancaq keçmiş baş nazirin cəza müddəti dəyişdirilə də bilər.

Ehud Olmert isə ona qarşı irəli sürülən ittihamların hamısını rədd edib. Qeyd edək ki, İsrailin keçmiş baş naziri Ehud Olmert 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

O, iri məbləğdə korrupsiya qalmaqalında iştirak etdiyi üçün cəzalandırılıb. Ehud Olmert Qüdsün meri olarkən külli miqdarda rüşvət aldığı üçün 2014-cü ildə Tel-Əviv Dairə Məhkəməsi onun 6 il azadlıqdan məhrum edilməsi və 280 min dollar məbləğində cərimə ödəməsi haqda qərar çıxarmışdı.

Ölkənin Ali Məhkəməsi bu hökmün icrasını müddətsiz olaraq dayandırmışdı.

Qeyd edək ki, Ehud Olmert barəsində cinayət işi açıldığı üçün tutduğu vəzifədən istefa verməyə məcbur olmuş və həbsxanaya göndərilmiş ilk baş nazirdir.

◀▶

Short URL: http://www.cumhuriyyet.net/?p=53721

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728