Dağıstanda azərbaycanlı səhra komandiri öldürüldü

26.03.2014 - 00:19

“Xasavyurt hərbi dəstəsi”nin başçısı, azərbaycanlı səhra komandiri Tural Atayev Dağıstanda həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində öldürülüb. Ondan başqa daha 4 yaraqlı öldrülüb. Virtualaz.org saytı “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
Xəbərdə deyilir ki, döyüş zamanı 5 cinayətkar zərərsizləşdirilib: “İlkin olaraq əsas diqqət onların şəxsiyyətinin müyyənləşdirilməsinə yönəldilib. Onların arasında “Xasavyurt qruplaşması”nın başçısı olan 1988-ci il təvəllüdlü Tural Atayev də var. O, Azərbaycan vətəndaşıdır. Atayev ötən ilin dekabrında Pyatiqorksdakı terror aktının təşkilatçılarından biri olub”.
Tural Atayevin dəstəsinin Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarına çoxsaylı hücumların təşkilində əli olduğu bildirilir. Bu dəstə həmçinin sahibkarlardan iri məbləğdə pul qoparmaqda, partlayışların təşkilində günahlandırılır. Bu qrupa qarşı əməliyyatlarda Rusiya DİN-in bir əməkdaşı qətlə yetirilib, biri də yaralanıb. Dinc əahli arasında ölən yoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5373

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930