Papanın məktubları üzə çıxdı – Evli qadınla münasibəti olub

15.02.2016 - 15:57
papaKeçmiş Roma papası II İohan Pavelin şəxsi yazışmaları üzə çıxıb.
BBC agentliyi xəbər verir ki, yazışmalardan onun evli qadınla yaxın münasibətdə olduğu ehtimal olunur.
Papanın münasibətdə olduğu ehtimal olunan qadın Polşa əsilli amerikan filosof Anna Tereza Timentskayadır. Onunla kardinal Voytilanın dostluğu 1973-cü ilə – onun Roma papası olmasından bir neçə il öncəyə təsadüf edir.
BBC-nin məlumatına görə, ilk məktub Timenetska tərəfindən yazılıb. O, məktubda din xadimi ilə onun yazdığı kitabı müzakirə etmək istədiyini yazıb. İlk vaxtlar yazışma işgüzar xarakter daşıyıb. Lakin zamanla yazışma getdikcə daha çox dost xarakteri almağa başlayıb.
Artıq 1974-cü ildə Voytila yazışmasında Annanın keçmiş məktublarını təkrar-təkrar oxuduğunu və bu məktubların ona “çox dərin və çox şəxsi” gəldiyini etiraf edib. Arxivdə Voytilanın onun amerikan rəfiqəsi ilə şəkilləri də qalıb. Şəkillər Polşa və Vatikanda çəkilib. Onlar bir neçə dəfə görüşüb, gəzib və birlikdə xizək sürüblər.
Bununla yanaşı qeyd etmək lazımdır ki, Papanın subaylıq andını pozduğuna dair heç bir fakt yoxdur.
Xatırladaq ki, Karol Voytila 1978-ci ildə Roma papası II İohan Pavel olub və 2005-ci ildə vəfat edənə kimi papa olaraq qalıb.
2005-ci ildə vəfat edən papanın Anna Tereza Timenetskaya ünvanlanan məktubları uzun illər Polşa milli kitabxanasında saxlanılıb. İndiyə qədər məktublar heç kimə göstərilməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=53742

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930