Ev alan jurnalistlər prezidentin hədiyyəsindən imtina edə bilərlər

26.03.2014 - 00:48

Jurnalistlərin binası ilə bağlı qalmaqallar
seriyası davam edir


“Vüqar Səfərli çalışır ki, jurnalistlərə
prezidentin hədiyyə etdiyi evləri jurnalistlərin xidməti evi kimi rəsmiləşdirsin”


Redaksiyamıza
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli ilə bağlı ilginc şikayət
məktubu daxil olub.
Bildirək ki, şikayətçi tanınmış jurnalistlərdən
biridir və nüfuzlu müxalifət qəzetlərinin birində çalışır. Adının çəkilməsini
istəməyən həmkarımız “Yeni
Cumhuriyyət”ə
bunun səbəblərini belə izah edir: “Durumum anlaşılandır,
amma faktları açıqlamalıyam. Çalışdığım qəzetdə belə bu gün bu dediklərimi yaza
bilmirəmsə, deməli, oxucular hər şeyi anlaqlı qəbul edər və nədən bildiklərimi
öz qəzetimdə yazmadığımın səbəblərini anlayar.

Həmkarımız redaksiyamıza yazır ki, prezident tərəfindən
jurnalistlərə bağışlanan evlərdən biri də onun payına düşüb: “Amma bu gün baş
verənlər də təsdiqləyir ki, əslində prezident bu evi bizə bağışlamayıb. Biz bu
evdə kirayənişinik və istədikləri zaman bu evi əlimizdən ala bilərlər”. Hələ də prezident
tərəfindən keçən il onlara hədiyyə olunan evlərin kupçalarını ala
bilmədiklərini bildirən həmkarımız yazır: “Elə bir şərait yaradıblar ki, özümüz
də nəyin baş verdiyindən baş aça bilmirik.
Bilmirik ki, nə edək?
Vəziyyət o həddə çatıb ki, bizə verilən evdən imtina etməli olacağıq. Səbəbləri isə çoxdur. Diqqət edin,
birbir açıqlayım.

Birincisi
bu evlərə hələ də kupça verilmir. Vüqar Səfərli cənabları buna imkan vermir.
Onun arxasında isə birbaşa olaraq Prezident Administrasiyasının şöbə müdiri Əli
Həsənov dayanıb. Kupçaları tələb edəndə də hay-küy çalırlar, rəsmən bizi
hədələyirlər. Evi aldığımıza görə, neçə müddətdir ki, çalışdığımız qəzetləri də
şantaj edirlər. Maraqlı odur ki, bizdən tələb olunanı yalnız Əli Həsənovun
əleyhinə yazmamaqdır. Yəni rahatlıqla dövlətin digər rəhbərlərinin, hətta
prezidentin də əleyhinə yaza bilərik. Amma Əli Həsənovun yox.

Dəfələrlə
bu məsələ qaldırılsa da, kupça problemi həll olunmur. Bu günlərdə bu barədə
Bakı şəhər icra hakimiyyətini mövqeyini açıqladı. Və təklif olundu ki, evlər
Səbail rayon icra hakimiyyətinə verilsin. Və bununla da Səbail rayonun müvafiq
MİS-i tərəfindən dərhal kupça verilsin. Amma Vüqar Səfərli buna etiraz etdi.

Sən demə,
öz oyunu var imiş. “Jurnalist Evi” adlı MMC təsis ediblər və Vüqar Səfərli
çalışır ki, jurnalistlərə prezidentin hədiyyə etdiyi evləri jurnalistlərin xidməti
evi kimi rəsmiləşdirsin. Bu isə o deməkdir ki, evlər istənilən vaxt
jurnalistlərdən alına bilər. Ona görə də Vüqar Səfərli çalışır ki, evlərə kupça
verilməsin və evlər təsis etdiyi “Jurnalist Evi” MMC-nin balansına verilsin.
Buna görə də binaya köçməyimiz də ləngidi, evlərin sənədləşdirilməsi də bu gün
problemə çevrilib.

İkincisi,
bu ev Vüqar Səfərli üçün bir gəlir mənbəyinə çevrilib. Elə bilirik ki, kirayədə
yaşayırıq. Bakının ən bahalı yaşayış yerlərində belə bizdən bu qədər pul
yığmırlar. Təsəvvür edin, 65 kvadratmetr evi olandan 33 manat, 90 kv.m. olandan
45 manat, 120 kv.m. evi olandan isə 60 manat pul yığırlar. Hələ bizim ödəməli
olduğumuz kommunal xərclər də var.

Öz aramızda
– jurnalistlərlə birgə hesablamışıq ki, ümumi yaşayış sahəsi 12 min 178
kvadratmetr ərazisi olan bu binat üçün ay ərzində 6 min 89 manat pul yığılır.
Bu pulun isə böyük bir hissəsi birbaşa olaraq Vüqar Səfərlinin adamları
tərəfindən mənimsənilir”.

Daha sonra
jurnalist həmkarımız yazır ki, onlar binanın bağbanı ilə danışıqları zamanı
ortaya ilginc bir faktı çıxarıblar: “Təsəvvür edin, rəsmi, yəni Vüqar
Səfərlinin verdiyi hesabatda bağbana 400 manat maaş göstərilsə də, bu adam 150
manat maaş alır.
Digər tərəfdən, ümumiyyətlə, 10 ağacın olduğu bir
həyətin bağbana nə ehtiyacı var? Bu da bir yana, bu “bağ-bağat” üçün 1000 manat
suplu ilsinir hər aya? Halbuki bu suplu ilə bütöv bir meşəni sulamaq olar”.

Jurnalist həmkarımız redaksiyamıza əlavə də bilgiləri
çatdırıb: “Binada təhvil-təslim işləri həyata keçirilməyib. Bina tamamən
yarımçıqdır. Çünki Əli Həsənovun qohumları tikib. Və bundan istifadhə edib,
binanın inşasına prezident tərəfindən ayrılan vəsaiti mənimsəyiblər. Binanın
invertarlarşması üçün ayrılan pulu da yeyiblər. Binanın 4-cü mərtəbəsinə
qədərki evlərdə 2 trapın olduğu halda, 4-cü mərtəbədən yuxarıdakı evlərin bir
trapı var. Buna görə də yuxarı mərtəbələri tez-te su basır. Bu da hələ azmış kimi binanın
sanuzel işləri də biabırsçı vəziyyətdə həyata keçirilib. Bütün avadanlıqlar
“Sədərək” ticarət mərkəzindən alınıb və ən ucuz çin mallarıdır. Narazılıq edənə
də deyilir ki, “onsuz da siz özünüz təmir işləri aparacaqsınız”. “Sədərək”
ticarət mərkəzi də təsadüfən seçilməyib. Bu TM-yə Yusif Qədimbəyli rəhbərlik
edir. Onun oğlu – Mehman Qədimbəyli isə hazırda Əli Həsənovun yanında işləyir.
Yəni bu adamlar hətta prezidentin adından ayrılan vəsaiti də öz aralarında
bölüşdürürlər”.

Narazı həmkarımız “Yeni Cumhuriyyət”ə bildirir ki, onlar – bir qrup ev almış
jurnalist yaranmış vəziyyətlə bağlı prezidentə müraciət etməyə hazırlaşırlar:
“Biz yaxın günlərdə prezidentə müraciət edəcəyik. Başa düşə bilmirik ki, bu
evləri bizə hədiyə ediblər, yoxsa müvəqqəti yaşamağımız üçün veriblər. Əgər bu
evlər prezidentin hədiyyəsi, mətbuata qayğısı idisə, bu gün Vüqar Səfərlinin
“Jurnalist Evi” yaratması, evləri bu MMC-nin adına rəsmiləşdirmə cəhdi, bizdən
hər ay pul yığması nə deməkdir?”

 

Səlim
Muradov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5375

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930