İtən təyyarə ilə bağlı yeni şok iddia

26.03.2014 - 10:42

İtən təyyarə ilə bağlı yeni şok iddia

Günlərdi itən Malayziya təyyarəsi barəsində hər gün yeni bir iddia gündəmə gəlir. 
 
Bu dəfə də Hind okeanının cənubunda qəzaya uğrayan və dənizin 7 min metr dərinliyində olduğu açıqlanan itkin düşmüş Malayziya təyyarəsinin birinci pilotu Ahmet Şahın intihar etdiyi iddia olunur. 
 
“Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malayziya hökuməti 153-ü Çinli olan 239 adamdan heç birinin xilas olmadığını açıqlayandan sonra ölənlərin yaxınları Çinin paytaxtı Pekində Malayziya səfirliyi qarşısında “Qatil Malayziya hökuməti” sloqanlı aksiya keçirib. 
 
Yaxınlarına ölən hər adam üçün 5 min dollar veriləcəyi açıqlanıb. Qəzanın baş verdiyi yerə havanın pis olmasından üzündən gedib çatmaq hələ ki mümkün deyil. Bu arada təyyarənin pilotunun intihar etməsi şübhələri də ortaya çıxıb. 
 
Belə ki, arvadının atdığı pilot Şahın depressiyada olduğu və təyyarəni yanacağı bitənə qədər Cənuba sürərək intihar etdiyi iddia edilir. Pilotun 13-14 min metr yüksələrək təyyarənin kabinəsindəki oksigeni yox etdiyi və təyyarə qəzaya uğramamışdan əvvəl bütün sərnişinlərin öldüyü güman edilir. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5383

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930