Ukrayna hökuməti bu gün istefaya göndərilə bilər

16.02.2016 - 11:31

arsenYaxın saatlarda Ukrayna hökuməti etibarsızlıq rəyi ala və istefaya göndərilə bilər.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün baş nazir Yatsenyukun Ali Radaya gələrək Nazirlər Kabinetinin işi haqqında məruzə ilə çıxış edəcəyi gözlənilir.

Ekspertlər əmindirlər ki, Ukrayna Baş naziri Arseni Yatsenyuk parlamentdə çox soyuq qarşılanacaq. Artıq koalisiya əksəriyyətinə daxil olan dörd fraksiyadan üçü hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab edir. Fraksiyalardan ən böyüyü və əvvəllər Yatsenyuka qarşı loyal olan Petro Poroşenkonun Bloku dünən iclasda hökumətin istefa verməsi lehinə səsvermək qərarına gəlib. Məsələ səsverməyə çıxarılacaq.

Kabinetin hazırki heyətinə qarşı imza toplanmasını “Batkivşina” və “Samomopoş” partiyalarının deputatları həyata keçirirlər. Yatsenyuk və onun komandasının işini Urayna xalqı da uğursuz adlandırır. Sosioloji sorğuların nəticələrinə görə, əhalinin 70%-dən çoxu belə hesab edir.

Ukrayna KİV-ləri yazır ki, artıq prezident Poroşenko Yatsenyuku vəzifədən çıxarıb-çıxarmamağı düşünmür, fəal şəkildə onun yerinə namizəd axtarır.

Short URL: http://www.cumhuriyyet.net/?p=53876

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728