Elnur Aslanov Fətullah Gülənlə görüşüb?
Prezident Administrasiyasının keçmiş şöbə müdiri barədə ilginc iddia
2012-ci ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
dəstəyi ilə “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi:
Gələcəyə baxış”adlı Vaşinqtonda təşkil olunan mötəbər tədbirdə Elnur
Aslanov Fətullah Gülənlə gizlicə görüşüb. Bu məlumatı “Publika.az”
yayıb.
Məlumata görə, həmin tədbirə Prezident Administrasiyasının Analitik
təhlil və informasiya təminatı şöbəsinin keşmiş müdiri, nurçu olaraq adı
hallanan E.Aslanovun dəstəyi ilə Vətəndaş Cəmiyyətində Debat Ictimai
Birliyinin sədri Şahin Seyidzadə, Azərbaycan-Amerika Gənclər Birliyinin
sədri Vüqar Əhmədov, ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Aynurə
Piriyeva və Azərbaycan Gənclər Alyansının sədri Leyla Məmmədli
qatılıblar. Leyla Məmmədlinin E.Aslanovun himayəsi ilə Azərbaycan Dövlət
Neft Şirkətinə işə düzəldiyi bildirilir. Konfrans prosesində millət
vəkili Ceyhun Osmanlının da iştirak etdiyi gizli görüşdə Elnur Aslanovun
Fətullah Guləndən xüsusi tapşırıqlar aldığı da iddia edilir. Qeyd
olunur ki, sözügedən “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20
illiyi: Gələcəyə baxış” lobbi tədbirinin baş tutması da Fətullah Gülənin
himayəsi altında fəaliyyət göstərən və onun ABŞ-dakı şəbəkə təşkilatı
sayılan Türk Amerikan Alyansının xidmətidir. ABŞ-dakı məlum görüşdən
sonra adı çəkilən şəxslər Elnur Aslanovdan geniş dəstək almağa
başlamışlar. Belə ki, həmən ilin 30 iyun tarixində Vətəndaş Cəmiyyətində
Debat Ictimai Birliyinin sədri olan Şahin Seyidzadə Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri vəzifəsinə
gətirilir. Vüqar Əhmədovun rəhbərlik etdiyi təşkilat – Amerika
Azərbaycan Gənclər Birliyi Prezident Yanında Strateji Araşdırmalar
Mərkəzindən siyasi və maddi dəstək almağa başlayır. Ən maraqlı məqam isə
ABŞ Təhsilli Məzunlar Birliyinin iri həcimli layihələrini iş adamı,
Nəqliqqat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun maliyələşdirməsi
barədə iddiadır. Qeyd olunur ki, E.Aslanovun nəzarətində olan və xüsusən
ABŞ-da təbliğat aparan QHT-lərə A.Məmmədov külli miqdarda maliyyə
dəstəyi göstərib.
Bir neçə gün əvvəl mediada nurçuların Nəqliyyat Nazirliyinə
yerləşdirilməsi və Anar Məmmədovun təbliğat strukturlarından istifadə
etməsi ilə bağlı məlumatlar yayılmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=5388