"Azərsu"-da işçilərə "arayiş qadağası" tətbiq olundu

26.03.2014 - 11:23

Qorxmaz Hüseynov işçilərin banklardan kredit
götürməsi üçün iş yerindən arayış verilməsinə qadağa qoyub

 

Qorxmaz Hüseynov işçilərin banklardan kredit
götürməsi üçün iş yerindən arayış verilməsinə qadağa qoyub

 

Adı
hər zaman qalmaqallarda hallandırılan “Azərsu” ASC ilə bağlı olduqca maraqlı
informasiya əldə etmişik. Adının açıqlanmasını istəməyən “Azərsu” ASC-nin
əməkdaşı qəzetimizə bildirib ki, qurumun sədri Qorxmaz Hüseynov işçilərlə bağlı
qəribə qadağa tətbiq edib: “Həmin qadağanın mahiyyəti ondan ibarətdir ki,
banklardan kredit götürmək üçün tələb olunan iş yerindən arayışların verilməsi
dayandırılıb. Bu isə birbaşa “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovun şifahi
göstərişindən sonra reallaşıb”.

“Arayış
qadağası”nın tətbiq olunma səbəblərinə gəlincə isə mənbəmiz bunu bəzi “Azərsu”
əməkdaşlarının götürdükləri kreditləri vaxtlı-vaxtında ödəyə bilməməsi və
bununla bağlı həmin bankların “Azərsu” rəhbərliyinə çoxsaylı müraciətlərlə
əlaqəli olduğunu bildirir: “Qorxmaz Hüseynov isə “çıxış yolu”nu arayışların
verilməsinə qadağa qoymaqda görüb. Amma bu işçilər arasında ciddi narazılıq
yaradıb”. Qeyd edək ki, belə bir qadağanın tətbiqi mövcud qanunvericiliyə
tamamilə ziddir.

Səslənən
fikirlərlə bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə yaratmağa cəhd
göstərsək də bu mümkün olmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Fariz

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5389

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031