Azərbaycanda bir neçə ali məktəb ləğv olunacaq
Bəzi ali məktəblər isə Bakıdan regionlara
köçürüləcək
Bəzi ali məktəblər isə Bakıdan regionlara
köçürüləcək
Hələ
2013-cü ildə prezident seçkiləri öncəsi ölkə başçısının kadr islahatlarını
seçkidən sonra davam edəcəyi barədə yazmışdıq. Bu islahatlar seçkidən sonra
davam etsə də bir müddət kadr islahatlarına fasilə verildi. Amma son vaxtlarda ali təhsil ocaqlarında kadr
islahatlarının başlaması bu məsləni yenidən gündəmə gətirdi. Prezident
seçkilərindən sonra üç ali məktəb rəhbərinin işdən çıxarılması isə ciddi
tədbirlər planından xəbər verir.
Əldə
etdiyimiz məlumata görə, ali məktəblərdə kadr islahatları uç ali məktəbin
rektorunun çıxarılması ilə nəticələnməyəcək və bu proses davamlı olacaq. Ölkədə
fəaliyyət göstərən əksər ali məktəblərin rəhbərlərinin dəyişdirilməsi planı
mövcuddur və bu tədricən həyata keçiriləcək. Təhsil sahəsində islahatlar
bununla bitməyəcək və bu daha geniş spektri əhatə edəcək. Belə ki, yeni təhsil
strategiyasına uyğun olaraq təhsilin keyfiyyətinin artırılması məqsədi ilə
aparılan islahatlar təkcə ali məktəb rəhbərlərini dəyişməklə bitməyəcək, bu
islahatlar kompleks tədbirlər planına uyğun həyata keçiriləcək. Kadr
islahatları ilə yanaşı ali təhsil müəssələrinin də ixtisarı nəzərdə tutulur.
Hazırda bu istiqamətdə bir neçə variant üzərində iş gedir. Əsas istiqamətlərdən
biri kimi Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin dünyadakı reytinqli
ali məktəblər sırasına daxil olması istiqamətində işlərin aparılması nəzərdə
tutulur. Bu planın əsas mahiyyəti təhsilin keyfiyyətini qaldırmaqla yanaşı xarici ölkələrdən Azərbaycana
tələbə axınını təmin etməkdir. Bunu reallaşdırmaq üçünsə təkcə kadr dəyişikliyi
ilə yanaşı digər tədbirlər həyata keçiriləcək. Plana uyğun olaraq həm ali
məktəblərdə bəzi ixtisasların, bəzi ali məktəb fliallarının və ali məktəblərin
ixtisarı nəzərdə tutulur. Hətta bəzi ali məktəblərin isə Bakıdan regionlara
köçürülməsi planı da var. Yeni strategiyaya uyğun olaraq ali məktəblərdə KAMPUS təhsil sisteminin tətbiqini həyata
keçirlməsi planlaşdırır. Bu planları reallaşdırmaq üçün ali məktəblərdə təhsil
keyfiyyəti, orada tədris olunan ixtisaslar və gələcək perspektivi ilə bağlı
monitorinqə başlanılıb. Bu monitorinqin nəticəsinə uyğun olaraq hansı ali
məktəbin bağlanması, hansı ali təhsil ocaqlarında ixtisasların tədrisi və sair
məsələlərlə bağlı qərarlar veriləcək.
Tural
Short URL: http://www.cumhuriyyet.net/?p=5390