Zaqatalalı sahibkar qadından müraciət: “Mənə işləməyə imkan vermirlər!”
Zaqatala Rayonu Muxax kəndi sakini Seyidəhmədova Mayram Məhəmməd qızı mia.az-a şikayət məktubu göndərib.
Şikayətçi sayt vasitəsiylə aidiyyatı dövlət qurumlarının rəhbərlərinə yazır ki, Prezident İlham Əliyev sahibkarlara maneə yaratmamağı məmurlara dəfələrlə tapşırsa da, Zaqatala rayonunda bir çox məmurlar buna əməl etmirlər:
“Sahibkarlıq fəaliyyəti ilə məşğul oluram ki, kənddə bir çörəkbişirmə seximdə 11 nəfər, mağazamda 2 nəfər, avtomobil təmiri sexində 3 nəfər, çayxanamda isə 2 nəfər işləyir. Bütün sənədlərim tam qaydasındadır. Hər ay vaxtlı-vaxtında dövlət vergisini ödəməyimə baxmayaraq, heç bir əsas olmadan Zaqtala rayon Məhkəməsinin hakimi Elburus Məmmədov qanunu fəaliyyətimə qanunsuz olaraq mane olmaq istəyir.
Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan qanunu mülkiyyətim olan obyektin sökülməsi üçün məhkəməyə verilən iddianın tam əsassız olmasına baxmayaraq, hakim süründürməçilik yaradır. Hansı ki, təqdim edilən sənədlərə əsasən, həmin iddia əsassız olduğu üçün rədd edilməli idi.
Bununla belə, iddianı verən kənd sakini Süleymanov Faiq Süleyman oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyektə gələn elektirik xəttini qanunsuz olaraq kəsib ki, bu barədə Zaqatala Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişəm.
Bu boyda qanunsuzluq olmaz, mən, qanunu sənədlərimlə mülkiyyət əldə edib dövlət vergisini ödəməklə sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Burada 18 nəfərdə işləyib, ailəsinə qazanc aparırlar.
Hətta çörəkbişirmə seximi ziyanla işlətməyimə baxmayaraq, bağlamıram ki, 11 nəfər burada işləyən zəhmətkeş insanlar işsiz qalmasınlar.
Mən dövlətimizi düşünüb bunu etsəm də, Zaqatala rayon Məhkəməsinin hakimi Elburus Məmmədov öz şəxsi maraqlarına görə 18 nəfərin çörəyinə dəymək istəyir.
Mən mətbuat vasitəsi ilə bir ağbirçək ana, sahibkar qadın kimi Prezident cənab İlham Əliyevə, Prezident Administirasiyasında yaradılmış Apellyasiya Şurasına müraciət edib xahiş edirəm mənim sahibkarlıq fəaliyyətimə maneə yaradıb süründürməçiliyə məruz qoyan vəzifəli şəxslərin və elektirik xəttini qnunsuz kəsmiş şəxsin barəsində ciddi tədbirlər görəsiniz”.
Short URL: http://www.cumhuriyyet.net/?p=53906