Azərbaycanda aparıcıya vəzifə verildi

16.02.2016 - 15:12

kamran-israfilovAparıcı-aktyor Kamran İsrafilova vəzifə verilib. Axşam.az-ın məlumatına görə, o, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

Qeyd edək ki, Kamran İsrafilov Heydər Əliyev Fondunun təçəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib. Eyni zamanda İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. O, Arzu Əliyevanın prodüserliyi ilə lentə alınan “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=53945

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728