Eldar Əzizov şəhidin dəfn mərasimində niyə iştirak etməyib?

26.03.2014 - 12:47

Eldar Əzizov şəhidin dəfn mərasimində niyə iştirak etməyib?

Martın 18-də Sumqaytda dəfn edilən şəhid, Milli Ordunun əsgəri Elvin Çingiz oğlu Həsənovun rəsmi dəfn mərasimində icra başçısı Eldar Əzizovun iştirak etməməsi diqqət çəkib
Martın 17-də cəbhə xəttinin Fizuli rayonu istiqamətində düşmənin açdığı atəş nəticəsində şəhid olan milli ordumuzun əsgəri Elvin Çingiz oğlu Həsənov doğulduğu, böyüyüb boya başa çatdığı Sumqayıt şəhərində rəsmi törənlə torpağa tapşırılıb.
Müdafiə nazirliyinin mətbuat xidməti verdiyi məlumata görə müdafiə naziri Zakir Həsənov  şəhid əsgərimiz ölümündən sonra Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edib və medal şəhid əsgərimizin anası Mətanət Əzizqızına təqdim edilib.
Şəhidin yaşadığı mənzilin eyvanından Azərbaycan Dövlət bayrağı asılıb, yaşadığı binanın qarşısında isə rəsmi dəfn mərasimi təşkil edilib. 
Qeyd edək ki, şəhid Elvin Çingiz oğlu Həsənovun dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti, Sumqayıt Şəhə İcra hakimiyyətinin nümayəndələri, şəhidin təhsil aldığı məktəbin kollektivi, hərbi hissəinin nümayəndələri, şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbərləri iştirak ediblər. Şəhidin yaşadığı mənzilin eyvanından Azərbaycanın Dövlət Bayrağı asılıb, binanın qarşısında isə vida mərasimi təşkil edilib. Mərasim başa çatdıqdan sonra Şəhidin cənazəsi fəxri qarovulun və izdihamın müçayiəti ilə Sumqayıt şəhər şəhidlər Xiyabanına aparılıb.  Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb.
PİA.AZ daxil olan məlumata görə şəhid əsgərimizin dəfn mərasimində Sumqayıt şəhər icra hakimiyyətinin başçısıs Eldar Əzizovun iştirak etməməsi diqqət çəkib.İcra başçısının hansı səbəbdən şəhidimizin dəfn mərasimində iştirak etməməsi məlum olmasa da, bəziləri tərəfindən bu şəhidə qarşı icra başçısının hörmətsizlik nümayiş etdirməsi kimi dəyərləndirilib. Halbuki Prezident Adminstrasiyasından verilən göstərişə görə şəhidlərimizin dəfn mərasimində icra başçıları iştirak etməlidir. Lakin Sumqayıtın icra başçısı Eldar Əzizovhəm PA-nın göstərişinə, həm də şəhidə qarşı hörmətsizlik nümayiş etdirərək dəfn mərasimində iştirak etməyib və İcra Hakimiyyətinin ikinci dərəcəli işçilərinin şəhidimizin dəfn mərasimində iştirak etməsi barədə tapşırıq verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5396

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031