“Günaybank” hər hansı bankla birləşmək istəmədi

16.02.2016 - 16:11

bank“Günaybank” ASC bu il bağlanan iki bank – “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərlə birləşmək ideyasından imtina edib.

Məlumatı bankın kredit iqtisad departamentinin direktoru Sabir Ağayev təsdiqləyib. O bildirib ki, bank bundan sonra da, indiyədək olduğu kimi, sərbəst fəaliyyət göstərməyi planlaşdırır. Departament direktorunun sözlərinə görə, hazırda bankın hər hansı digər bankla birləşmək niyyəti yoxdur.

“Biz özümüz tam sərbəst işləyirik. Başqa iki bank, bildiyiniz kimi, Mərkəzi Bank tərəfindən fəaliyyəti dayandırılan banklardır. Həmin bankların problemlərini üzərimizə götürmək istəmirik. Birləşməkdən imtina barədə qərar dünən keçirilən iclasda qəbul edilib”, – deyə departament direktoru qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl “Günaybank” ASC “Atrabank” və “Qafqaz İnkişaf Bankı” ilə birləşmək niyyəti barədə protokol imzalamışdı. (“Report”)

Short URL: http://www.cumhuriyyet.net/?p=53962

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728