"Putin gözünü Azərbaycana dikib"

26.03.2014 - 12:52

“Putin gözünü Azərbaycana dikib”

ABŞ Konqresinin Nümayəndələr Palatasının Texas ştatından olan üzvü Pitt Olson ölkənin milli neft-qaz yataqlarında hasilata başlamağa çağırıb.
Konqresmen Texasda müstəqil sahibkarların toplantısında çıxışı zamanı federal ərazilərdə neft-qaz hasilatına başlamaq üçün ekoloji tələbləri yumşaltmağın vacib olduğunu deyib.
Konqresmen deyib ki, ABŞ neft idxalından asılı olduğu üçün dünyadakı böhranlara adekvat reaksiya verə bilmir. Onun sözlərinə görə, əgər Birləşmiş Ştatlar vaxtında sıxılmış qaz istehsalı infrastrukturunu inkişaf etdirsəydi, indiki Ukrayna böhranı zamanı daha güclü mövqedən çıxış edə bilərdi. Çünki ABŞ Avropaya sıxılmış qaz ixrac edərək onun Rusiyadan asılılığını azaldardı.
Konqresmen Olson deyib ki, Rusiya Krımı ələ keçirməklə kifayətlənməyəcək.
“Mən narahatam ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan kimi enerji resursları ilə zəngin bəzi qonşu keçmiş sovet respublikalarına da göz dikib” – deyə o, bildirib.
“Əgər Putin bu keçmiş sovet respublikalarını da ələ keçirmək istəsə, biz onların sərhədi keçməsinin qarşısını ala bilməyəcəyik” – konqresmen əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=5397

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930