Putinin ən böyük silahı

26.03.2014 - 15:47

Putinin ən böyük silahıQərb analitikləri hələ də Rusiyanın, Prezident Vladimir Putinin Ukrayna hadisələrində aşkar qələbəsinin köklərini axtarmağa,  Kremlin aqressiv siyasətinin qarşısını almağa çalışırlar.   Məlumdur ki, Krımda birtərəfli referendum keçirilməsinə görə Qərb Vladimir Putini ciddi şəkildə tənqid etdi, Rusiyanı isə müxtəlif sanksiyalarla üz-üzə qoydu. Ancaq görünən odur ki, Rusiya prezidenti nə bu ciddi tənqidləri, nə də sanksiyaları saya saymır. Bunun yeganə səbəbi var – o da Putinin rus cəmiyyətindən arxayın olmasıdır. Usta xəfiyyə bu boyda rəngarəng və kriminallarla dolu cəmiyyəti necə ram elədi?   Bir-bir detalları ilə…   Ötən əsrin sonlarında SSRİ dağıldıqdan sonra Birliyə daxil olan respublikaların hər birində olduğu kimi, Rusiyada da ciddi təlatümlər, qarşıdurmalar və iqtisadi böhran yaşandı. Maraqlıdır ki, bu gərginlik Sovetlərin şinelidən yeni çıxmış ruslar üçün qeyri-adi gələn yeni müstəqil televiziyalar vasitəsi ilə daha da yüksək həddə gətirilir, ölkədəki vəziyyətin çıxılmaz hala gəldiyi hər addımda sərgilənirdi   Başı sağlamlığının, ürək xəstəliyinin müalicəsinə qarışan Rusiya Fedeasiyasının ilk prezidenti Boris Yeltsin və onun ailəsi isə əksər hallarda hadisələri, sadəcə, kənardan izləmək məcburiyyətində qalırdı. Yaranan yeni-yeni müstəqil televiziyalar sanki yarışa çıxır, Rusiyanın böhrana sürükləndiyini açıqlayır, vəziyyətin çıxılmaz hala düşməsi barədə palaz-palaz reportajlar hazırlayır və durumun bu cür xarakter almasını nasaz Yeltsinin səriştəsiz prezidentliyi ilə əlaqələndirirdilər. Su kimi aydındır ki, nümayiş olunanların əksəriyyəti əsaslı olsa da, məsələnin başqa tərəfi Boris Yeltsin və onun komandasını gözdən salmaq, xalq itaətsizliyi yaratmaq, ölkənin çıxılmaz duruma düşdüyünü sərgiləmək və nəhayətdə Rusiyanı parçalamaqdan ibarət idi.   Kimlər idi həmin media ruporlarının başında duran şəxslər və telekanaların düşünən beyinləri, məşhur analitikləri? Vladimir Qusinski özünün “Media Most” Qrupu ilə, dünyasını dəyişən Boris Berezovski isə sanki bütün sahələr – avtomobil satışından tutmuş telekanal sahibliyinə qədər – ələ keçirmişdilər. Bu həmin yəhudi əsilli şəxslər idi ki, rəhbərliyə gəldiyi ilk gündən Vladimir Putin Çeçenistanda olduğu kimi, onlara qarşı da səlib yürüşünə çıxdı. Mülkiyyətləri, rəhbərlik etdiyi telekanallar əllərindən alındı, tabeçiliyində olan məşhur teleaparıcılar Rusiyanı tərk etdi, nicatlarını, fəaliyyətlərini və istedalarını başqa ölkələrdə sərgiləmək, sınamaq məcburiyyətdində qaldı.   Bu sırada məşhur “ntv”çi Yevgeni Kisilyovun adını öndə çəkmək olar. Kisilyov artıq NTV telekanalından mərhum Pavel Qraçovun uğursuz “Qroznı əməliyyatı”ndan deyil, Viktor Yanukoviçin ərəb şeyxləri sarayı təsiri bağışlayan iqamətgahından reportajlar hazırlamalı oldu. Yəni o, “sürgün” məkanı kimi Ukraynanı seçdi. Digər tanınmış aparıcı – Savik Şusteri də bu sıraya aid etmək olar. Sonuncu öz nifrətini Ukraynanın “5-ci kanal”ından Rusiyanın dövlət başçısını Üçünçü Reyxin əvəzolunmaz siması Adolf Hitlerə bənzətməklə sərgilədi.   Putin ən böyük “nüvə silahını” – telekanalları milliləşdirilmək, tabe etdirmək üçün əməli işlərə keçdi və buna mütləq şəkildə nail oldu. Yuxarıda da qeyd etdiyimiz kimi, qərbmeylli media oliqarxları yavaş-yavaş bu mühitdən kənarlaşdırılmağa başlandı. Putinin Piter komandası media strukturlarına da nüfuz elədi. “Bank Rossiya”nın sahibi, Rusiya prezidentinin hələ şimal şəhərindən yaxşı tanıdığ yaxın dost Yuri Kovalçukun bir neçə telekanal alması bu sahədə Putin ideyalarının reallaşmasını sürətləndirdi. Sonralar dövlətin özü aşkar şəkildə məyyən istiqrazları satın aldı.   Bir sözlə, hazırda Putin və ona yaxın şəxslər, qurumlar Rusiyanın televiziya kanalarının 73,8 faizinə nəzarət edir. Təbii ki, bu fantastik rəqəmlə Kreml sahibinin yaxın vaxtlarda daha hansı “ideyalara” düşəcəyini təxmin etmək elə də çətin deyil.   Gələk həlledici məqama – Putinin Krım məsələsində aşkar qələbəsinə. Heç kimdə şəkk-şübhə olmamalıdır ki, sələfi imperatriça Yekaterina 18-ci əsrdə yarımadanı üç gün ərzində sərgilədiyi diplomatiya ilə ələ keçirmişdisə, Putin üç həftə ərzində “Qeorgievski” bayrağını Simferopola tabeçiliyində olan telekanallarla sancdı. Rusiya hərbi arsenalı sadəcə “komuflyaj” idi.  Ukraynanın hazırkı rəhbərliyinin, həmçinin Qərbin aciz qalmasının kökündə duran başlıca məqamlardan biri də budur. Rusiya mərkəzi kanallarının gün ərzində qonşu ölkənin ünvanına küfr yağdırması, demokratik qüvvələrə millətçi damğası vurması indi adi hala çevrilib. Bu reportajlardan sonra Rusiya cəmiyyəti Putini “fateh”, qan qardaşlarını satqın, avropalıları isə qorxaq adlandırırlar.    Günlərin birində telekanal vasitəsi ilə  Vladimir Putinin Marsa qoşun yeritməyə hazırlaşdığı barədə xəbər elan olunsa, rus tamaşaçıları buna bəraət qazandıracaq, əvəzolunmaz prezidenti dəstəkləyəcək, “marslıları” satqın adlandıracaqlar. Təsəvvür edin, telekanalların idarə olunması auditoriyanı hətta bu qədər zombiləşdirməyə yetir…   Putinin nüvədən ağır silahı da budur – telekanallarla zombiləşdirmə! 

Short URL: http://www.cumhuriyyet.net/?p=5401

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728