Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi haqqında ŞOK İTTİHAMLAR
Zaqatala rayonu Makov kənd sakini Ömərov Zaur Aydın oğlu redaksiyamıza şikayət məktubu göndərib.
Məktubda Zaqatala Rayon Mərkəzi Xəstənaxanasının baş həkiminin fəaliyyətindən ciddi narazılıq edilir.
Cümhuriyyət.az Moderator.az-a istinadən həmin məktubu təqdim edir:
“Zaqatala Rayon Mərkəzi Xəstənaxanasında 06 yanvar 2016-cı il tarixdə kor bağırsağımdan cərrahiyyə əməliyyatı olan zaman savadsız həkimlər mənim həyatımı ciddi təhlükə altında qoyublıar. Kor bağırsağın cərrahiyə əməliyatı üçün məndən 450 manat aldılar. Şikayətim pulun alınmasından deyil. Ancaq savadsız həkimlərin səhvi nəticəsində bağırsağıma infeksiya düşüb deyə səhhətim ağırlaşdı, məni təcili Bakı şəhərinə Topçubaşov adına Mərkəzi Kliniki Xəstəxanaya gətirdilər. Bu gün məni təkrar cərrahiyə əməliyyatı edəcəklər. Bu müraciətimi etməkdə məqsədim isə budur: əgər ölərəmsə əvvəlcədən bilin ki, bunun günahkarı başda Zaqatala Rayon Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva olmaqla, cərrah həkimlər Azər Salmanovun və Hacı Əlixanovdur. Səhiyyə Naziri Oqtay Şirəliyev hara baxır? Zaqatala rayon camaatının qanını sovuran, pulunu talayan belə bir cəllad həkim Leyla Seydəliyevanın barəsində nə üçün ciddi tədbir görmür ? Leyla Seydəliyeva Zaqatala Xəstəxanasına nəinki baş həkim, heç süpürgəçi vəzifəsinə də layıq deyil.
Leyla Seyidəliyeva, başqa ölkədə olsaydınız, sizi həbs edərdilər. Ancaq siz utanmadan günahsız insanların qanına batmış əllərinizlə rüşvət yığmaqdan əl çəkmirsiniz. Qan analizi 15-20 manat, ulturasəs müayinə 15 manat, rentgen 25 manat, cərrahiyyə əməliyatı 450 manatdan-1500 manata qədər yüksəlir, o da ki xəstələri mənim kimi bədbəxt edirsiniz. Dəqiq məlumat isə budur ki, bu qədər ana, uşaq , digər xəstələrin ölümlərinə, korrupsiyanın tüğyan etməsinə baxmayaraq baş həkim Leyla Seyidəliyeva barəsində tədbirin görülməməsinin səbəbkarı Səhiyyə Nazirinin müavini Nigar Əliyevadır ki, onu himayə edir. Leyla Seyidəliyeva həmçinin sipirtli içki qəbul edib avtomobil idarə edir ki, bunu təsdiq edən video çəkilişlər var, onu yaxın günlərdə mətbuatda yayacaqlar. Səhiyyə Nazirliyindən yox, ancaq Prezident İlham Əliyevdən xahiş edirəm ki, bu məsələyə diqqət ayırsın. Əgər mən ölərəmsə bunun günahı birbaşa korrupsiyaya qurşanmış savadsız baş həkim Leyla Seydəliyevanın üzərinə düşəcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=54054