Rusiya tank diviziyalarını Ukraynaya doğru yeridib

27.03.2014 - 01:36

Rus quru qoşunlarının “gözü”
Kiyəvə yön aldı

Rəsmi Moskva Ukraynanın şərq
regionlarını ələ keçirmək planlarının olmadığını bildirsə də Rusiya iki ölkə
sərhədinə durmadan iri qoşun qruplaşmaları cəmləşdirməkdə davam edir. Rusiyanın iki ən
elitar tank diviziyası sərhədə yeridilib. Söhbət Rusiya ordusunun ən yaxşı
döyüş hazırlığı keçmiş iki hərbi birləşməsindən gedir.

Əvvəlcə Bryansk vilayətindən
cənub-qərbdə 4-cü qvardiya Kantemirsk tank diviziyasının 12-ci tank polku
görünüb. Həmin polk Rusiya quru qoşunlarının “gözü”dür və Kreml qarşısında
keçirilən hərbi paradlarda iştirak edir. Polk Novozıbkov-Klimovo rayonunda
mövqe tutub və çox güman ki, Ukraynanın Çerniqov vilayətindən keçməklə birbaşa
Kiyevə hərəkət üçün əmr gözləyir.

Kursk vilayətinin Kalinovka və
Amon Xomutovsk rayonlarında – Ukrayna ilə sərhədin müvafiq olaraq 15 və 7
kilometrliyində Rusiya ordusunun daha bir əfsanəvi qoşun qruplaşmasının – 2-ci
Tamansk motoatıcı diviziyasının batalyon taktiki qruplaşması mövqe tutub. Hərbi
mənbələr söhbətin BTR və BMP-lərdə hərəkət edən 400 hərbçidən və 10 tankdan
ibarət rotadan getdiyini bildirir.

Həmçinin Belqorod, Severnıy
Stroitel yaşayış məntəqələrindəki hərbi poliqonda 76-cı Pskov desant-hücum
diviziyasının 3 batalyonu və 106-cı Tula paraşüt-desant diviziyasının iki
batalyonu yerləşdirilib. Həmin birləşmələr 1100 nəfərlik şəxsi heyətdən və 120
vahid texnikadan ibarətdir. Belqorod ətrafında habelə 25 ədəd “Mi-24”
hücum vertolyotu döyüşə hazır vəziyyətdə gözləyir.

Xəbərə görə, Rusiya Ukrayna ilə
həmsərhəd ərazilərinin üzərində hava məkanını bu gün gözlənilmədən bağlayıb və
Fransanın “Air France” şirkətinin Şanxay-Paris reysi ilə uçan təyyarəsi
marşrutunu dəyişməli olub. Rusiyanın hərbi manevrlərə görə hava məkanını
bağladığı bildirilir. Marşrutun dəyişməsi nəticəsində göyərtəsində 495 sərnişin
və 22 heyət üzvü olan Fransa təyyarəsi Almaniyanın Hamburq şəhərində yerə
enməli olub. Çünki kursun dəyişməsi üzündən təyyarənin yanacağı Parisə çatmağa
imkan vermirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=5406

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930