“1000 bərəkət, halal nemət”in kiflənmiş kolbasası – FOTO
Bakıda “1000 bərəkət, halal nemət” markasına aid kiflənmiş kolbasa aşkarlanıb.
Cümhuriyyət.az axar.az-a istinadən bildirir ki, Yaşar Nuri adlı Feysbuk səhifəsində həmin məhsulun şəkli yayımlanıb.
Səhifənin admini qeyd edib ki, bu şəkli sosial şəbəkə istifadəçisi olan xanımlardan biri paylaşıb. O, hər kəsi diqqətli olmağa çağırıb. Fotodan da görünür ki, sözügedən firmanın kolbasa məhsulu kiflənib.
Bir müddət əvvəl isə “Sacüstü sosiskaları” markasından qurd çıxmışdı. Hər iki marka “Səhliyalı” şirkətinin istehsalıdır.
Şirkət 1996-cı ildə bazarda iri ət təchizatçısı kimi fəaliyyətə başlayıb. Şirkətin emblemindəki BS loqotipi Bəşirov Səhliyalı ad-soyadının baş hərflərindən götürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=54070