Oda Teatrının direktoru və bədii rəhbəri dəyişdi

17.02.2016 - 12:11

odaMüstəqil Oda Teatrının direktoru və bədii rəhbəri dəyişib.

Bu barədə Qaynar.info-ya teatrdan daxil olan məlumatda deyilir.

Verilən məlumata görə, teatrın təsisçisi Elmin Bədəlov direktor və bədii rəhbər vəzifələrindən istefa verib və bu yerlərə teatrın gənc əməkdaşlarını təyin edib: “Teatrın direktoru Aynur Zərrintac, bədii rəhbəri isə Nihad Qulamzadə təyin olunub”.

Qərar teatrın daxili toplantısında verilib. Təsisçi yeni təyin olunmuş direktor və bədii rəhbərə gələcək işlərində uğurlar arzulayıb. Teatrın bir neçə daxili qaydalarına da dəyişiklik edilib. Teatrın bütün işlərini direktor və bədii rəhbər həyata keçirsə də əsas qərarların verilməsi və rəhbərlərin dəyişilməsini təsisçi nizamlayır.

Eyni zamanda teatrın repertuarında yenilənmə aparılıb və daimi repertuara “Səncə, döyəcəklər?”, “Tikanlı məftillər”, “Bəyaz şedevr”, “MimOda 18+” tamaşaları daxil edilib, yeni tamaşaların hazırlanması üçün qərar verilib.

Artıq teatrın informasiya dəstəkçisi olan Fraqment.Az saytı isə kasting bazası kimi fəaliyyət göstərəcək.

Teatrın yeni direktoru Aynur Zərrintac: Müəllimədir. Oda Teatrı yaranandan teatrda aktrisa və menecer kimi fəaliyyət göstərib. Teatrın inkişafında və yaranmasında böyük xidmətləri olub. Direktor olacağı müddətdə teatrın daha da inkişaf etməsi üçün yeni planlar hazırlayacağını bildirib.

Teatrın yeni bədii rəhbəri Nihad Qulamzadə: Fotoqrafdır. Oda Teatrı yaranandan teatrda aktyor və fotoqraf kimi fəaliyyət göstərib. Bir müddət direktor müavini olub. Teatrın inkişafında və yaranmasında böyük xidmətləri olub. Bədii rəhbər olacağı müddətdə teatrın repertuarının genişlənməsində, eyni zamanda teatrda yaradıcı mühitin inkişafında yeniliklər edəcəyini söyləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54097

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728