п»ї İcra başçısı Elnur Aslanovun yerinə təyin olunmaq istəyir – Rayonda durum bərbaddır

27.03.2014 - 10:33
п»ї

İcra başçısı Elnur Aslanovun yerinə təyin olunmaq istəyir – Rayonda durum bərbaddır

 Xeyli müddətdir ki, Ağcabədi rayonunda yerli əhalinin sosial problemlər ucundan üsyan həddinə çatdırılması barədə mətbuatda xeyli sayda informasiyalar yayılsa da, özünü kifayət qədər arxayın hiss edən Ağcabədi rayonunun icra başçısı Şahin Məmmədovun bütün bu yazılanlara hansısa formada reaksiyasının alınması KİV-lər üçün imkansız olub. İndi isə görüntüdə olan arxayınçılığın əsl nədənləri ilə bağlı DİA.AZ-a olduqca ilginc məlumatlar ötürülüb.
Bilgili qaynaqlardan verilən xəbərlərdən belə aydın olur ki, əslində Şahin Məmmədovun özünü əmin hiss etməsi onun birbaşa olaraq hakimiyyətin populyar isimlərindən biri tərəfindən dəstəklənməsi faktı ilə əlaqədardır. Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən seyid cəddinə arxayın olan kimi davranan Şahin Məmmədov hətta daha böyük mənsəblərə irəli çəkiləcəyinə belə ümidlidir.
Mənbənin söylədikləri: “Şahin Məmmədov kifayət qədər ciddi dayaqlara malik olduğundan hətta onun Prezident Administrasiyasına yüksək posta gətirilmə ehtimallarından da danışılır. Hakimiyyət dəhlizlərində gəzən söhbətlərə görə, Ağcabədinin icra başçısı hətta PA-nın şöbə müdiri postundan alınmış Elnur Aslanovun yerinə də göz dikib və bu vəzifəyə təyin olunması üçün hərəkətə keçib”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5413

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930