Nurçuların telekanalı bağlandı

27.03.2014 - 11:10

Nurçuların telekanalı bağlandıTürkiyədə nurçulara məxsus olan “Kanaltürk” telekanalının ölkə miqyaslı yayım lisenziyası Radio Televiziya Üst Kurulu (RTÜK) tərəfindən ləğv edilib.   APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, RTÜK öz qərarını bu barədə məhkəmə qərarının olması ilə əsaslandırıb. Qərara əsasən “Kanaltürk” ölkə miqyasında deyil, yalnız regional yayımla məşğul ola bilər. RTÜK-ün Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası tərəfindən seçilmiş üzvləri qərarın əleyhinə səs veriblər.    Fətullah Gülən tərəfdarlarına məxsus “Kaynak Holding”in mərkəzi ofisində isə MASAK (Maliyyə Suçlarını Araşdırma Kurulu) əməkdaşları və İstanbul polisi tərəfindən axtarış başlanıb. Çirkli pulların yuyulması və vergi gizlətmək ittihamı ilə aparılan istintaq çərçivəsində holdinqin maliyyə-mühasibat sənədləri və kompüterləri müsadirə edilib. Qeyd edək ki, holdinqin tərkibində 16 müxtəlif sektorda fəaliyyət göstərən 23 şirkət var. Bu şirkətlərdə 7 minə yaxın insan çalışır. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5415

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930