"Azdrama"nın aktyorları etiraz aksiyasına hazırlaşırlar
Azərbayan Dövlət Akademik Milli Dram Teatrının aktyorları üsyana hazırlaşır.

Bu barədə məlumatı aznews.az-a teatrın adlarının çəkilməsini istəməyən aktyorları veriblər.
Onların sözlərinə görə, teatrının direktoru İsrafil İsrafilovun
idarəçilik sistemi, islahat adı ilə gördüyü işlər kollektivi həvəsdən
salıb və hövsələdən çıxarıb: “Bu adamın əməlləri ilə bağlı müvafiq
qurumlara dəfələrlə müraciət etmişik, mətbuatda da tənqidlər səslənib,
amma heç bir irəliləyiş yoxdur. Buna görə məcburuq ki, kollektiv şəkildə
aksiya keçirək, bəlkə bundan sonra bizim halımıza yanan tapıla,
dərdimizi dinləyən ola”.
Narazı aktyorlar deyirlər ki, İsrafil İsrafilovun direktor
təyinatından sonra teatrda ciddi problemlər yaranmağa başlayıb: “Buraya
rəhbər vəzifəsinə gəldikdən bu günədək teatrda apardığı islahatlar
işimizi irəliyə aparmaq əvəzinə daha da geriyə çəkir. Bundan başqa
islahatlar nəticəsində də bəzi aktyorlar işdən kənarlaşdırılır. Bunun
üçün yaxın günlərdə bir yerə toplanaraq İsrafil İsrafilovun Teatrda
rəhbər kimi istefasını tələb edəcəyik”.
Virtualaz.org məsələ ilə bağlı teatr rəhbərliyinin
fikrini öyrənmək istədi. Lakin telefon zənglərimizə cavab verən olmadı.
Bununla belə, qarşı tərəfin də fikrini verməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=5416