Neftçilərin axtarışı dayandırıldı

17.02.2016 - 16:12

gunesli“Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş verən yanğın zamanı itkin düşən neftçilərin axtarışı dayandırılıb.

İtkin neftçilərin ailələrindən Modern.az saytına verilən məlumata görə, artıq uzun müddətdir ki, nə gəmilər, nə təyyarələr, nə də dalğıclar axtarış aparır. Ailələr itkinlərin tapılacağından əllərini üzdüklərini qeyd ediblər.

Deyilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyindən məsələni nə təsdiq, nə də təkzib ediblər.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da məsələ ilə bağlı Modern.az saytına ailələrin narahatlıqlarını bildirib.

O, neftçi ailələrinə yalnız Dövlət Neft Şirkətinə (SOCAR) deyil, eyni zamanda Fövqəladə Hallar Nazirliyinə də müraciət etməyi tövsiyə edib:

“Düzdür, itkin düşənlər SOCAR-ın işçisi olub, amma axtarışları Fövqəladə Hallar Nazirliyi aparırdı. Sözügedən nazirlik isə nədənsə susur. Axtarışları dayandırma səbəbini açıqlamır.

Dövlət Neft Şirkəti isə özünün müvafiq texnikası olmadığı üçün axtarış apara və ailələrə bununla əlaqədar cavab verə bilmir. Çox təəssüflər olsun ki, nazirlik susur və eyni zamanda ailələr ora getmir. Ailələri başa düşürəm.

Müvafiq qurumlar ola bilər sentyabrın 20-də (neftçilər günü) yaxud dekabrın 4-də (qəza baş verən gün) neftçiləri xatırladılar… Amma unudulacaqlar! Çünki, biz unutqan xalqıq”.

Ötən il dekabrın 4-də güclü qasırğa zamanı “Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində platformada olan 63 işçidən 33 nəfəri xilas olunub, 12 nəfəri həlak olub, 18 nəfər itkin düşüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=54176

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728