п»ї Suraxanı icra hakimiyyətində pul "razborka"sı

27.03.2014 - 13:58
п»ї

Suraxanı icra hakimiyyətində pul “razborka”sı

Torpaqların satılmasını icra etmək üçün bunlara yaşıl işıq yandıran icra başçısı da öz “halal” pulunu ala bilmir Bolgexeber.com -un redaksiyasına Suraxanı rayonu İH-nin məsul şəxsləri haqda ilginc məlumatlar daxil olmuşdur. Verilən məlumatda bildirilir ki, bu yaxınlarda maraqlı bir hadisə baş verib. Belə ki, Suraxanı rayonu, Hövsan qəsəbəsinin icra mümayəndəsi Ağasəlim Əliyev,Suraxanı rayon İH-nin şöbə müdiri Pənah Səfərovun qardaşı Səməd Səfərov,İH-nin məsləhətçisi Mobil Süleymanov və bunların “şilləvuranı” Yusif Süleymanov birləşərək Hövsan qəsəbəsində 20 hektara yaxın torpaq sahəsini satıblar.Mənbə bildirir ki, bu alqı-satqıdan Suraxanı rayonu İH-nin başçısı İlqar Abbasova çatacaq 2 milyona yaxın pulu mənimsəyiblər.Əlil və şəhid ailələri üçün nəzərdə tutulan bütün torpaq sahələri bu adamların əliylə başqalarına satılıb.İcra nümayəndəsi A.Əliyev dədə-baba torpağı adıyla bir akt sənədi düzəldərək torpaqları satır. Hər gün İH-nin başçısıyla yuxarıda adları çəkilən şəxslər arasında pulun bölüşdürülməsi uğrunda”razborka”gedir.Torpaqların satılmasını icra etmək üçün bunlara yaşıl işıq yandıran icra başçısı da öz “halal” pulunu ala bilmir. Bildirilir ki,torpağın bir sotunu 5000 AZN-ə satan bu adamların pulunun,mal-mülkünün,ticarət obyektlərinin sayi-hesabı yoxdur. “Sovetskidə evləri sökülən insanlar əgər Hövsan qəsəbəsində torpaq almaq istəsələr qəsəbə icra nümayəndəsi Ağasəlim Əliyevə müraciət edə bilərlər.Bu adam dərhal sizin işlərinizi düzüb-qoşacaq”,- deyə mənbə bildirir.. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5418

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930