Cahangir Əsgərovun qalmaqallı obyekti
Zabratdakı betonzavod AZAL rəhbərinə
problemlər yaradıb
Bir
neçə ay bundan ğncə Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “AZAL” aviakonserninin prezidenti
Cahangir Əsgərova aid olduğu bildirilən betonzavodun tikintisini dayandırılmışdı.
Belə ki, Zabrat qəsəbəsində dövlət başçısının göstərişi ilə əlillər üşün 2-3 il
öncə tikilmiş yaşayış kompleksinin ətrafına xeyli insan yığışaraq öz
hüquqlarını müdafiə etməsi “AzAL” şefini geri çəkilməyə məcbur etmişdi.
Lakin
əldə etdiyimiz məlumata görə, ərazidə nəhəng beton zavodunun tikintisi ilə
bağlı gedən hazırlıq işləri heç də dayandırılmayıb. Mənbəmizin bildirdiyinə
görə, betonzavod tikintisini aparacaq şirkətin işçi personalı əlillərin yaşayış
kompleksinin bir neçə addımlığında salınmış düşərgədə ciddi hazırlıq işləri
aparır. Beləliklə, düşünmək olar ki, Cahangir Əsgərovun türk ortağı betonzavod
tikintisini gerçəkləşdirmək üçün münasib məqam axtarır. Qəribədir, sözügedən
ərazi ekoloji baxımdan, beton zavodu üçün münasib deyilsə, bəs nə üçün podratçı
təşkilat öz vəzifəsini yerinə yetirməkdə bu qədər israrlı görünür? Ola bilsin,
“AZAL” aviakonserninin prezidentinin ortaqları üzərinə düşən
vəzifənin yerinə yetirilməsi ilə Cahangir Əsgərovun etimadını qazanacaqlarını
düşünürlər. Lakin burdaca bir məqamı qeyd etmək yerinə düşər.
Bir
müddət öncə əlillərlə podratçı təşkilat arasında baş vermiş insidentlə bağlı
məhz Cahangir Əsgərovun adının hallanması onsuz da başı üzərində qara buludlar
dolaşan “AZAL” prezidentinin karyerasına son qoya bilər. Hələlik
ölkənin baş pilotunun bu insidentlə əlaqəsi barədə məlumat verilmir. Qeyd edək
ki, tikilməsi planlaşdırılan beton zavodu üçün ayrılmış torpaq sahəsinin
qonşuluğunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təzəcə inşa
edilmiş Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar
üçün 50 yerlik İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial
Sığınacaq Kompleksi yerləşir. Yaşayış
kompleksi və reablitasiya mərkəzinin əhatəsində betonzavod tikintisini aparmaq
absurd bir layihədən savayı heç nə deyil. Belə bir biabırçılığın Cahangir
Əsgərovun adı ilə əlaqələndirilməsinin çoxları üçün ciddi problemlər yaradacağı
şəksizdir. Göründüyü kimi, sənaye obyektinin əlillər yaşayan ərazidə tikintisinə
razılıq vermiş səlahiyyətli şəxsləri sorğu-suala çəkməyin vaxtı çatıb.
Orxan
Short URL: http://www.cumhuriyyet.net/?p=5419