Yasamal İcra Hakimiyyətinin ilginc "Sovetski" maxinasiyası – YEYİNTİ VAR

27.03.2014 - 14:41

Yasamal İcra Hakimiyyətinin ilginc “Sovetski” maxinasiyası – YEYİNTİ VAR

Yasamal rayonu ərazisində, “Sovetski” məhəlləsində yaşayan bir qrup məcburi köçkün GUNDEMİNFO.AZ-a müraciət ünvanlayıb. Müraciət edən məcburi köçkünlər bildirirlər ki, onlar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aldadılıblar. Şikayətçilər iddia edirlər ki, icra başçısı İbrahim Mehdiyev iki həftə əvvəl onları qəbul edib və hamısından razılıq ərizəsi alıb. “Bizimlə görüşən icra başçısı və köməkçisi dəfələrlə soruşdular ki, hər bir kvadrata görə, 1500 manat konpensasiyaya razıyıqmı. Biz də razılıq ərizəsi verdik. Bundan sonra bizə bankdan pullarımızı almaq üçün kod da verdilər. Gedib yeni mənzil almaq üçün hətta beh də verdik. Lakin banka gedəndə məlum oldu ki, pullarımızı İcra Hakimiyyəti köçürməyib” deyə şikayətçilər bildirdilər.
Şikayətçilər deyirlər ki, onlar yaranmış problemlə əlaqədar olaraq Maliyyə Nazirliyinə və baş nazirin müavini Abid Şərifava dəfələrlə müraciət ediblər. Maliyyə nazirinin və baş nazirin müavinin köməkçiləri köçkünlərə deyib ki, gedin pulunuzu Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindən alın. Lakin köçkünlər ora gedəndə bəlli olub ki, əslində “Qaçqınkom”la bağlı ortada heç bir məqam yoxdur. Komitədən şikyətçi olan “Sovetski” sakinlərinə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmək tövsiyyə edilib.
Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti də şikayət edən köçkünlərə ünvan kimi “Qaçqınkom”u göstərib. Dövlət idarələrinin qapılarında qalan şikayətçilər deyir ki, onlara problem yaradan Yasamalın icra başçısı İbrahim Mehdiyevdir. “Bizim adımıza olan şəxsi mülkiyyəti, köçkün olduğumuza görə söküb, kompensasiyanı da icra hakimiyyətində mənimsəmək istəyirlər. Bununla bağlı olaraq dövlət başçısına kollektiv olaraq müraciət etmək niyyətindəyik. Bizim köçkün statusumuzun olmasının şəxsi mülkiyyətimizin toxunulmazlığına aidiyyatı varmı. Bizim əsas şəxsi mülkiyyətimizi ermənilər əlimizdən alıb. Bakıda da illərdir ki, özümüzə düzəltdiyimiz bu şəxsi mülkiyyəti Yasamalın icra hakimiyyətində əlimizdən almaq, yağmalamaq istəyirlər” deyə şikayətçilər bildirdilər.
Onu da əlavə edək ki, müraciət edən məcburi köçkünlər bu gün Maliyyə Nazirliyindən müsbət cavab alacaqlarını gözləyirlər. Əks təqdirdə hələ ki, adlarının çəkilməsini istəməyən vətəndaşlar mətbuat konfransı və etiraz aksiyası keçirəcəklərini bildirdilər.
Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edəcək. 

Short URL: http://www.cumhuriyyet.net/?p=5421

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930