Hesablama Palatası dövlət büdcəsinə dəyişikliklərə rəy verdi

18.02.2016 - 11:13

hpHesablama Palatasının Kollegiya islası keçirilib.

Iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” qanunların layihələrinə Palatanın hazırladığı rəylər müzakirə olunub.

İlk olaraq, dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən makroiqtisadi şərait, gəlir və xərclərdə nəzərdə tutulmuş dəyişikliklərin əsas istiqamətləri, dövlət büdcəsinin kəsiri və kəsirin maliyyələşdirilmə mənbələri üzrə məlumatlar dinlənilib. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi ilə bağlı nəzərdə tutulmuş dəyişikliklər barədə məruzə olunmuş, nəzərdə tutulmuş dəyişikliklərin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanmış müvafiq fərmanların icrasının təmin edilməsi məqsədini daşıdığı bildirilib. Kollegiya qanun layihələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını nəzərə alaraq hər iki rəyin Milli Məclisinə təqdim edilməsi ilə bağlı qərarlar qəbul edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54306

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728