Nazir müavininin oğlu 26 min avroluq saat taxır

28.03.2014 - 10:25

Nazir müavininin oğlu 26 min avroluq saat taxır

General Vaqif Axundovun oğlu Murad Axundovun (saytımız bu haqda artıq yazıb) dostu Qədir Əliyev mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyevin oğludur
Bəli, bəli, söhbət həmin o məmurdan gedir. Lap elə bu yaxınlarda hakim Yeni Azərbaycan Partiyasından olan gənclərin toplantısındakı çıxışında “Azərbaycan Asiya ölkəsidir, bizim gənclər Qərb mədəniyyətindən və Qərb həyat tərzindən uzaq olmalıdır, onlar bizim gəncləri pozur” məzmunlu səs-küylü bəyanat vermiş məmurdan…
Nazir müavininin oğlu 26 min avroluq saat taxır
Bəs nazir müavini öz yeganə oğlunu necə tərbiyə edir? Asiyalımı kimi? Asiyalı ruhundamı?
Qədir Əliyevin İnstagram sosial şəbəkəsindəki səhifəsinə yerləşdirdiyi fotoşəkillərə baxandan sonra əmin olursan ki, bu gəncdən zərrə qədər də Asiya və asiyalı, Şərq və şərqli, İslam və konfutsiçilik qoxusu gəlmir. Dalay Lama qoxusu isə heç gəlmir. Bu gəncin malik olduğu, nümayiş etdirdiyi nə varsa, hamısı avropasayağı bər-bəzək və parıltını əks etdirir…
Nazir müavininin oğlu 26 min avroluq saat taxır
Bütün məsələ də ondadır ki, Vaqif Əliyev elə-belə, adi nazir müavini deyil. O, hələ indi işlədiyi nazirlik yaranmazdan xeyli əvvəl mini-star məmur idi.
Hər şey uzaq 1982-ci ildə – Vaqif Əliyev Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Komsomol Komitəsinin katibi təyin olunanda başladı. Sonra uzun illər Milli Olimpiya Komitəsində işlədi. Elə o zamandan da nüfuzlu və varlı məmur kimi şöhrətlənib ad-san qazandı. Vaqif Əliyev daha sonra gənclər və idman nazirinin müavini oldu. YAP üzvü oldu. Adama bundan o yana daha nə lazımdır ki?!
Azərbaycanın Asiya inkişaf yolu ilə irəliləməsinin tərəfdarı olan V.Əliyev 2003-2011-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə də başçılıq edib. Təqaüd yaşına çatmağına az qalmış isə onu mədəniyyət və turizm nazirinin müavini kimi yağlı, sakit bir vəzifəyə göndərdilər. Axı Azərbaycan mədəniyyətini öz asiyalı başlanğıcına, şərqli köklərinə qaytarmağın əsl vaxtı idi…
Nazir müavininin oğlu 26 min avroluq saat taxır
Amma bəs Vaqif Əliyevin şərqli samuray tərbiyə üsulu özünü onun yeganə oğlunun xarakterində necə göstərdi? Onun madar oğlu özünü cəmiyyətə necə göstərir? Yox, tapmadınız.
Qədir Əliyev Murad Axundovun ən sadiq pərəstişkarıdır. Çünki nomenklatura arasında dostluq da subordinasiya prinsipi əsasında qurulur. Kimin atasının vəzifəsi daha böyükdürsə, nisbətən balaca məmurların balaları onun qarşısında təzim edirlər.
Qədirə gəlincə isə 28 yaşlı bu məmur balası həyatda çətinlik görməyib, ya da çox nadir hallarda görüb. “Narxoz”da, ədəbi dillə desək, Dövlət İqtisad Universitetində, özü də bu ali məktəbin keçmiş hiyləgər rektorunun varlı məmur balaları üçün fikirləşib icad elədiyi xüsusi istedadlı tələbələr fakültəsində oxuyub. Yeri gəlmişkən, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev işdən çıxarılmazdan iki il əvvəl özünün 25 yaşlı qızı Çeşmə Hacıyevanı bu VİP-fakültənin dekanı təyin etmişdi (!!!).
Nazir müavininin oğlu 26 min avroluq saat taxır
Qədir Əliyev İqtisad Universitetini bitirən kimi Vergilər Nazirliyinə işə düzəldilir. Bununla paralel olaraq isə atası uşaq üçün şəhərin düz mərkəzində “Alhambra Lounge” adlı əyləncə məkanı da açır. Qədir bala isə burada öz avara dostları ilə birgə bütün günahlara birdən batır…
Atası az sonra Qədiri Fövqəlaə Hallar Nazirliyinə işə düzəldir. Hər necə olmasa da bu nazirliyin adı daha sanballı, daha gurultulu səslənir. Və bizim bu “qəhrəman” dövlət əhəmiyyətli işlər üzrə böyük zabitə çevrilir.
Deyilənə görə, Qədir atasından qorxub-çəkinir, amma açıq-açığına olmasa da hər halda özünü göstərməkdə, lovğalanmaqda da davam edir. Məsələn, Qədir çəhrayı qızıldan olan “Hublot” markalı qol saatını (qiyməti 26 min avrodur), daha doğrusu, qol saatlarından birini adi saat kimi elə-belə, gündəlik taxır. Amma Qədir onu da çox səliqəli şəkildə reklam edir. Axı bu saatların korpusu məşhurdur. Onu hətta uzaqdan da fərq etmək mümkündür.
Nazir müavininin oğlu 26 min avroluq saat taxır
Qədirin maşını da çox “sadədir”, cəmi-cümlətani 150 min manatlıq “BMW X5”-dir. Bu da onun üçündür ki, başqalarından seçilməyəsən, kənar nəzərləri o dəqiqə cəlb etməyəsən.
Amma Qədir gecə əyləncələrində özünü tamamilə diqqət mərkəzinə sala bilir. Necə deyərlər, bu məclislərdə onun ikinci nəfəsi açılır. Bu məmuru hər istirahət günlərində Bakının ən son dəbli gecə klublarında elit içkilər masası arxasında görə bilərsiniz. Ölkədən kənara çıxmağa gəlincə isə digər məmur balaları kimi Qədir də Kann, Dubay, London aşiqidir…
Yeri gəlmişkən, Qədir xaricə səfər edəndə Londondakı “Mari Vanna” tipli dəbdəbəli rus restoranlarına baş çəkməyi sevir. Orada isə bir masanın ortalama qiyməti bir neçə min funt-sterlinqə çatır. Bir az qənaətcillik etmək lazım gələndə isə Qədir bala İstanbulun ən bahalı otelini – “Ciragan Kempinski”ni və “Masa” adlı ən məşhur restoranını seçir.
Nazir müavininin oğlu 26 min avroluq saat taxır
Qədir avaraların bütün bu əyləncələrinin dadına saysız-hesabsız gecə məclislərinə məkan olan “İkinci hökumət bağı”nda baxmağa başlayıb. Onların ailəsi hələ də həmin bağda dincəlir. Bəs necə?! Abşeron yarımadasının ən yaxşı, ən səfalı yerləri birinci dərəcəli məmurlara qəpik-quruş müqabilində verilir axı. Bizim bu yerli Sodom və Homorranı bağlamağın və orada dəbdəbəli bir beşulduz otelin tikilməsinin vaxtı çoxdan çatıb. Həmin ərazinin landşaftı ideal, çimərlikləri isə təmizdir…
Amma söhbət bunda deyil, “qəhrəmanımıza” qayıdaq. Qədir xaricdəki klubların və gecə əyləncələrinin böyük pərəstişkarıdır. Bu məmur balası Flo Rida ləqəbli reperin ifasını canlı dinləmək istəyəndə özünü o dəqiqə Dubaya verib həmin musiqiçinin çıxış etdiyi həddən artıq bahalı “Cavalli Club”da dincəlir.
Yayda isə Lacivərd sahillərə nə gəlib?! Qədir ora gedəndə də yalnız Robert de Niro, Tom Kruz və dünya miqyaslı digər məşhurların Kann kino festivalına gələrkən gecələməyi xoşladığı “Hyatt Martinez” otelini seçir. Bu oteldə bur sutkanın qiyməti 700 avrodur.
Beləliklə, yaxşı kampaniyadır – Hollivud ulduzları və Azərbaycanın mədəniyyət naziri müavininin oğlu Qədir Əliyev. Hollivud ulduzları bu yerlərə gəlib çıxmaq üçün gecəni gündüzə qataraq illərlə çalışıblar. Qədir Əliyev isə əlini heç nəyə vurmadan bu yerlərə gəlib çıxıb. Gerçək ulduzlardan fərqli olaraq Qədirin ulduzu isə sadəcə onunla parlayıb ki, o, sadəcə olaraq məmur ailəsində doğulub, vəssalam. İndi də atasının mənşəyi məlum olmayan pullarını bütün aydınlığı ilə açıb göstərir…

Short URL: http://www.cumhuriyyet.net/?p=5433

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930