Bakıda məktəblilər arasında kütləvi dava – Xəsarət alan var
Bakıda orta məktəblərdən birində kütləvi dava hadisəsi qeydə alınıb.
Report-un xəbərinə görə, Suraxanı rayonunun Hövsan qəsəbəsində 280 saylı orta məktəbdə 11-ci sinif şagirdləri arasında baş verən dava nəticəsində şagird Azər Əliyev xəsarət alıb. A.Əliyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Əliyev də 11-ci sinif şagirdidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=54332