Erməni nazir Azərbaycan vətəndaşı çıxdı

28.03.2014 - 10:29

Erməni nazir Azərbaycan vətəndaşı çıxdı 

Ermənistan prezidenti olacaq Seyran Ohanyan Azərbaycan vətəndaşıdır
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Seyran Ohanyan 1962-ci ildə Şuşa şəhərində anadan olub və o, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. Seyran Ohanyan hərbi liseyi bitirdikdən sonra Xocalı qətliamını törədən məlum 366-cı motoatıcı alayda 80-ci illərin sonu 90-cı illərin əvvəlinə kimi xidmət edib, burada leytenant rütbəsindən mayor rütbəsinə qədər yüksəlib. 1992-ci ildə fevralın 25-26-da Seyran Ohanyan 366-cı motoatıcı alayın ermənilərdən təşkil olunmuş 2-ci batalyonunun komandiri kimi Xocalı faciəsinin törədilməsində iştirak edib. 
1999-2007-ci illərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın müdafiə naziri olub. Xatırladaq ki, “Aykakan Jamanax” qəzetinin yaydığı bir xəbərdə hazırda Ermənistanın Müdafiə naziri olan Seyran Ohanyanın prezidentlik kürsüsü üçün hazırlandığı bildirilib: “2017-ci il seçkilərindən sonra S.Ohanyan baş nazir elan ediləcək. Bir il sonra isə keçiriləcək prezident seçkilərində o, prezident olacaq. Ardınca isə Serj Sərkisyan Baş nazir təyin olunacaq. Daha sonra yeni prezident Baş nazir səlahiyyətlərini parlament vasitəsilə artıracaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=5434

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31