Salyan rayonunun oliqarxları – Hüseynov qardaşları
28.03.2014 - 12:10
Salyan rayonunun oliqarxları – Hüseynov qardaşları

Salyan rayon İcra Hakimiyyətinin birinci müavini Etibar Hüseynov və onun qardaşı Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin Salyan rayon şöbəsinin rəisi Dadaş Hüseyinov Salyanın məmur oliqarxları hesab olunurlar; Qardaşlar hətta öz evlərində bank belə yaradıblar…
Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin Salyan rayon şöbəsinin rəisi Dadaş Hüseyinov Salyanda bir çox marqlı işlərlə məşğul olur. Vətəndaşlar əmlaklarının sənədləşdirilməsi və daşınmaz əmlakın dövr reyestr sənədini əldə etmək üçün Dadaş Hüseyinovun yaratdığı maneləri elə də asan keçə bilmirlər.
Salyandan daxil olan məlumatda göstərilir ki, DƏDRX-i rəisi dövlət rüsumu 70-80-AZN ödənilməsi ilə yetinmir və vətəndaşlardan öz payını da istəyir. Onun istədiyi pay-5-10 AZN olsa, vətəndaşlar ödəməyə hazırdır. Amma Dadaş Hüseynov vətəndaşlarda minimum dövlət rüsumunun 10-15 qatını tələb edir. Əks təqdirdə heç bir vətəndaş Dadaş Hüseynovdan reyester sənədi ala bilmir. Hətta hara şikayət eləsən belə. Çünki Dadaş Hüseynovun qardaşı Etibar Hüseynov Salyan rayon İcra Hakimiyyətinin birinsi müavinidi və Etibar Hüseynov qardaşı haqqında bütün şikayətlərin qarşısına sipər çəkə bilir.
Məlumatda bildiririlr ki, Dadaş Hüseynov hər hansı bir mülkiyyətin reyester sənədini vermək üçün vətəndaşlardan rüsumdan əlavə 500-1000 manat rüşvət tələb edir. İri sahibkarların əmlakın sənədləşməsi üçün isə DƏDRX-i rəisi 15 min mantda alır. Məlumatda misal olaraq göstərilir ki, ötən il rayonda fəaliyyət göstərən “Nurgün Aqro” yeni qurduqu heyvandarlıq təsərrüfatının sənədlərinə görə rusumdan əlavə 32 min pul xərcləyiblər.
Məlumatda o da qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin Salyan rayon şöbəsinin rəisi Dadaş Hüseyinovun qanunsuz və özbaşına fəaliyətindən Salyan rayon bələdiyyələri də ciddi şəkildə əziyyət çəkirlər. Çünki bələdiyyə torpaqlarının və mülklərinin də reyester sənədlərinin verilməsi üçün Dahaş Hüseynov külli miqdarda rüşvət istəyir.
Daxil olan məlumata görə, Dadaş Hüseyinov orada-burada özünü Əmlak Məsələləri üzrə Dövlər Komitəsinin sədri Kərəm Həsənovun ən yaxın adamı kimi təqdim edir. Hətta topladığı rüşvət pullarının yarısını komitə sədrinə verdiyini hər kəsə açıq şəkildə deyir və bildirir ki, bütün hallarda vətəndaşın şikayətinə baxan olmayacaq. Ona görə də yaxşı olar ki, vətəndaş özünü yormasın.
Həmçinin məlumatda vurğulanır ki, Dadaş Hüseyinov və onun rayon İcra Hakimiyyətinin birinci müavini olan qardaşı Etibar Hüseyinovun mal varlıqları və sərvətləri o qədər artıb ki, qardaşları Salyanın oliqarxları hesab edirlər. Hətta Salyanda qardaşların şəxsi banklarının da fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, Dadaş Hüseynov Salyanda yerləşən iki mərtəbəli evinin birinci mərtəbəsini bank kimi istifadə edir. Belə ki, VF AzərKredit Bank Olmayan Kredit Təşkilatının Salyan filialı məhz Dadaş Hüseynovun evində fəaliyyət göstərir. Daşınmaz Əmlakın Dövlət Reystir Xidmətinin Salyan rayon şöbəsinin rəisi Dadaş Hüseynov həm verdiyi kreditin girovu üçün reyester sənədinə görə vətəndaşdan rüşvət alır, həm də kreditə görə “şapka”. Nəzərə almaq lazımdır ki, Hüseynov qardaşları ö.z bizneslərini heç də pis təşkil etməyiblər. (pia.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=5441