“Bakı Şərab-1” ASC-nin 86 min manatı məınimsənilib?

18.02.2016 - 16:52

prakurorluq“Bakı Şərab-1” Açıq Səhmdar Cəmiyyətinin Göyçay şəhərində yerləşən 4 saylı firma mağazasının müdirinin qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Cümhuriyyət.az Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, araşdırma zamanı qeyd edilən mağazanın müdiri Məhəmmədəli Qədirov tərəfindən şirkətin anbarından satış üçün verilmiş spirtli içkilərin dəyərinin kassaya mədaxil edilməməsi nəticəsində cəmiyyətə məxsus 86 min manat məbləğində pul vəsaitini mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=54426

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728