İlhamə Quliyeva məsələsi Rüstəm Usubovun nəzarətinə keçir

18.02.2016 - 17:00

????????????????????????????????????????????????????????????

Gələn həftə Xalq artisti İlhamə Quliyevanın köməkçisi, hazırda həbsdə olan Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov və vəkili Vasif Mirzəyev Baş Prokurorunun birinci müavini Rüstəm Usubovun qəbuluna gedəcək.

Bu barədə açıqlamasında M.Hüseynovanın vəkili deyib. Onun sözlərinə görə, görüş baş tutarsa, orada müəyyən məsələlərə aydınlıq gələcək: “Apelyasiya məhkəməsi oldu, amma onu buraxmadılar. Mehriban xanım, həyat yoldaşı da barəsində olan cinayət işinin xitam olunması və azadlığa buraxılması üçün Baş Prokurora müraciət ünvanlayıb. Ümid edirik ki, ölkə rəhbərliyi və Baş Prokurorluq məsələyə reaksiya verəcək”.

Vəkil bildirib ki, M.Hüseynovanın əməlidə heç bir cinayət tərkibi yoxdur: “Əsassız və qanunsuz həbs olunub. Azərbaycan Respublikasının qanunvericiliyində soyğunçuluğa cəhd edən bir maddə nəzərdə tutulmayıb. Bu ittiham ona əsassız verilib və biz bunu sübut etməyə çalışırıq”.

Qeyd edək ki, Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova bu il həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

///AzNews.az

Short URL: http://www.cumhuriyyet.net/?p=54429

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728