"Putin Sarkoziyə hücum çəkdi"

28.03.2014 - 13:29

“Putin Sarkoziyə hücum çəkdi”Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna televiziyalarından birinə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin fövqəladə vəziyyətlərdəki danışıqlarda nalayiq ifadələrdən istifadə etdiyini açıqlayıb. ” “Aktual.az” xəbər verir ki, Saakaşvili Rusiya dövlət başçısının dünya liderləri ilə davranışlarında kobudluğa yol verdiyini dilə gətirib: “Bir dəfə o, Fransanın sabiq prezidenti Nikolya Sarkozinin üzünə nalayiq söyüşlər işlətdi, üstünə hücum çəkdi. Hətta onun mükəmməl bir tərcüməçisi vardı. Bu sözlərdən onun gözləri bərəlmişdi. Nalayiq sözlərdən Putin hər bir dövlət başçısının çəkisinə uyğun olaraq istifadə edir. O bu yöndə individualdır. Kiçik ölkələrin prezidentlərinə isə ümumiyyətlə fikir vermir”.   Saakaşvili həmçinin 2008-ci ilin avqust hadisələri zamanı Putinin reaksiyalarına da toxunub: “Mən ona zəng elədim və bildirdim ki, bütün sivil dünya Rusiyanın Gürcüstana təcavüzünü pisləyən bəyanatla çıxış edir. O isə bütün dünyanı “bir yerə yolladı”. Mənə dedi ki, qərblilərin bəyanatlarını onların “bir yerinə” sox”.   Saakaşvili sonda Putinin rəğbət bəslədiyi dövlət başçıları məsələsinə də aydınlıq gətirib. Ad çəkməyi məqsədəmüvafiq bilməyən sabiq prezident əlavə edib ki, Putinin daha çox sovet ruhlu ölkə başçılarına hörməti var. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5443

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930