Dövlət qurumlarında "nurçu ovu"nun yeni mərhələsinə start verilir – Radikal dindarlar siyahıya alınır

28.03.2014 - 14:01

Dövlət qurumlarında “nurçu ovu”nun yeni mərhələsinə start verilir – Radikal dindarlar siyahıya alınır

Dövlət Neft Şirkətində, Bakı şəhər icra hakimiyyətində və daha bir neçə dövlət qurumlarında nurçulara qarşı xüsusi hərəkətlənmə başlayıb. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib. Qaynaq iddia edir ki, son günlər hakimiyyət daxilində start düyməsi başlayan “nurçu ovu” yeni mərhələsinə qədəm qoyub.
Mənbənin söylədikləri: “Məlumdur ki, zaman-zaman adları çəkilən dövlət qurumlarının da müxtəlif dini kəsimlərlə əlaqələri və yaxud da müxtəlif təriqətlərə tapınan dini radikalların bu dövlət qurumlarında mühüm mövqe tutmaları ilə bağlı ilginc məlumatlar mətbuatda yer alıb. Hətta ARDNŞ rəhbərliyinin özü belə nurçularla sıx münasibətlərdə ittiham olunub”.
Mənbə iddia edir ki, “yuxarılar”ın təzyiqi altında artıq dövlət qurumlarında tarama işlərinə başlanılıb: “Hələlik nurçu və vəhabi təriqətindən olan kadrların siyahıları tutulur. Maraqlıdır ki, iranmeyilli dindarlarla bağlı hər hansı hərəkətlənmə mövcud deyil”.
Mənbə bildirir ki, siyahılar tutulduqdan sonra onlarla bağlı hansı qərarın veriləcəyini təxmin etmək o qədər də çətin deyil: “Çox güman ilk başdan vəzifəli radikal dindarlar işdən atılacaq ki, bu prosesdə kütləvilik halı yaranmasın”. (dia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=5444

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728