Gömrük İttifaqının yeni fantaziyaları
Bütün
dünyanın oğrularını birləşdirən nəhəng layihənin gizlinləri Cumhuriyyet-da
Əlimizə keçən bəzi materiallar təsdiq edir ki,
postsovet ölkələrinin hamısında korrupsiya sistemi bənzər ssenari əsasında
təşkil edilir. Kriminal hər yerdə oxşardır. Cumhuriyyet.az-a Qazaxstanda baş
verən maraqlı bir korrupsiya faktı barədə məlumat daxil olub. Bu məlumatlar
müxtəlif mənbələrdən əldə edilib və onlar Qazaxstanda qaçaqmal yolu ilə
malların idxalı ilə məşğul olan korrupsiyalaşmış şəxslərin və qrupların
fəaliyyətini aşkarlayır. Bizə daxil olan məlumatlar, eyni zamanda, Gömrük
Birliyinin hansı korrupsiya fantaziyalarına meydan verdiyini göstərir.
Baş verənlər haqda əldə etdiyimiz məlumata görə Qazaxstan
işbazları Gömrük Birliyinin yaratdığı yeni korrupsiya metodlarından uğurla
bəhrələnir. Yəqin ki, Birlik üzvü olan başqa ölkələrin işbazları da onlardan
geri qalmır, əlbəttə. Bu firmalardan biri 2013-cü ildə haqqında cinayət işi
qaldırılan, hazırda isə öz fəaliyyətini “Senim Company” üzərindən davam etdirən
və onun operatorluğunu edən Tex-Tac-dır. Tex-Tac əleyhinə cinayət işini Almatı
şəhər prokurorluğunda prokurorluğa ümumi nəzarət idarəsinin rəisi vəzifəsini
icra edən Dimaş Serikbayev (Əvvəlki familiyası Mirzadinovdur) aparır. Serikbayev
Tex-Tac-ın Qırğızstandan yük aparan maşınlarını saxlatdırır. Bu maşındakı yük
Türkiyə istehsalı olan pal-paltar idi, amma deklorasiyada onların Qırğıstan
ərazisində dərzi sexində tikildiyi göstərilmişdi. Serikbayev qaçaqmal faktı ilə
cinayət işi qaldırır, başda öz adamı sayılan və Almatı prokurorluğunda xüsusi
prokuror olan Kanat Kunqajinov olmaqla istintaq qrupu yaradır. Tex-Tac-ın
partnyorlarından (həm də təsisçilərindən) biri olan Qırğızstan vətəndaşı Rəhim
Sattarov qohumu, Almatıda iri iş adamı (Almatıda Dzerjinski və Şevçenko
küzələrinin tinində yaşayış binasının tikintisi, Qoqol küçəsindəki “Lotos”
restoranı, Seyfullina küçəsində “Manqo” Ticarət və Əyləncə Mərkəzi) və Dimaş
Serikbayevin yaxın dostu kimi tanınan Hakimin vasitəsilə 1 000 000 dollar
verməklə cinayət işinin bağlanmasını istəyir. Uyğun olaraq, Kunqajinov və
Serikbayev bu işin əyləcini yavaş-yavaş basırlar, bu cinayət işinin Tex-Tac-a
aid olan epizodlarında “düzəlişlər” etməyə başlayırlar. Dimaş Mirzadinov
2009-cu ildə Almatı prokuroru Etayevin əmri ilə məxfi kazinoların işinin
ört-basdır edilməsi faktına görə prokurorluq orqanlarından xaric edilmişdi. O
zaman Milli Təhlükəsilik Komitəsi bu iş üzrə telefon danışıqlarını qeydə
almışdı və Mirzadinovu vəzifədə saxlamaq mümkün olmamışdı. Daha sonra
Mirzadinov soyadını dəyişərək Serikbayev yazdırır və təhlükəsizlik
orqanlarından bu səs yazısının alaraq 2011-ci ildə yenidən Almatı
prokurorluğunda işə düzəlmişdi və göründüyü kimi indi, o, burada idarə
rəisidir. Bütün bu möcüzələri isə cənab indiki Serikbayev hərbi prokuror olan
atasının hesabına təşkil edə bilir. 2013-cü il ərzində Qazaxstana Tex-Tac
tərəfindən Türkiyədən qaçaqmal yolu ilə idxal edilən malların xüsusi çəkisi
ağlagəlməz səviyyədə artıb. Onların türkiyədəki partnyorları isə Vüqar və Şekip
adlı Türkiyə vətəndaşlarıdır.
Möcüzəli Tex-Tac eyni qaçaqmal əməliyyatlarını Çin
və Rusiya Federasiyası üzərindən də eyni uğurlarla tətbiq etməkdədir. Bu azmış
kimi, Tex-Tac təşkilatçıları öz əməliyyat sərhədlərini Türkiyə-Qırğızstan
marşrutu üzrə də genişləndirməkdədirlər. Axı, yeni Gömrük birliyi bu hüdudları
tanımır və korrupsiyalaşmış sistemlərin ortaq dəyərlərini yaradır. Gömrük
Birliyi daxilindəki bu əməliyyatlar gömrük rüsumlarından yayınmağın ideal
versiyalarına imkan verir. Qazaxstandakı mənbələr iddia edirlər ki, bu
üsullarla təkcə Tex-Tac Qazaxstan büdcəsində bir il ərzində 2 milyard təngə
vergi ödəməkdən yayına bilib. Almatıda cövlan edən Rəhim Sattarovu isə hər kəs
Tex-Tac və “Senim Company” üzərindən aparılan bu əməliyyatların mahir
təşkilatçısı, prokuror Dimaş Serikbayevin yaxın dostu kimi tanıyır, ona hörmət
edir və baş əyirlər…
Azərbaycan gerçəkliyi də məlumatda qyd olunanlarla
heç nə ilə fərqlənmir. Mövzunu bu istiqamətdə davam etdirəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=5446