Eldar Əzizova qarşı aksiya

28.03.2014 - 16:30

Eldar Əzizova qarşı  aksiya

Sumqayıt şəhərindəki 10-cu və 13-cü mikrorayonların sakinləri bu gün aksiya keçiriblər
Bu barədə virtualaz.org saytına 10-cu mikrorayon, Babək küçəsinin sakinləri məlumat veriblər.
Xəbərdə deyilir ki, 13 binanın sakinləri mərkəzi yolun bağlanması maraqlı etiraz forması seçiblər. Belə ki, əllərində bel olan aksiya iştirakçıları ərazidəki çalaları doldurmağa başlayıblar.
Lakin aksiya keçirilən məkana gələn polis əməkdaşları sakinləri ərazidən uzaqlaşdırmağa çalışıb. Bu isə narazı sakinləri daha da qəzəbləndirib.
Sakinlər dedilər ki, yolu dağıdaraq ərazidə çoxmərtəbəli binalar tikirlər. Lakin söküntü-tikinti işləri adətən gecə saatlarında gizli şəkildə aparılır: “Səhər yolun bir az da dağıdıldığının şahidi oluruq. Əvvəllər bu ünvanda 10 hektar sahədə “Cümhuriyyət parkı” yerləşirdi. Parkın ərazisi də bir-iki gecənin içində satılaraq dağıdıldı. Məsələ ilə bağlı Sumqayır Şəhər İcra Hakimiyyətinə, icra başçısı Eldar Əzizova dəfələrlə müraciət etmişik. Lakin buna heç bir reaksiya verilmir”.
Şikayətçilər qeyd etdilər ki, yolun sökülərək iş adamlarına verilməsi icra hakimiyyətinin icazəsi olmadan mümkün deyil. Buna görə də şikayətlərə reaksiya verilməyənə qədər aksiyalara davam edəcəklər. Qeyd edək ki, həmin yoldan gün ərzində 5 min sakin istifadə edir.
Çox qəribədir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə virtualaz.org saytına şəhərdə keçirilən aksiyadan və iki mikrorayonun yüzlərlə sakininin şikayətlərindən xəbərsiz olduqlarını deməklə kifayətləndilər.
Maraqlıdır, Sumqayıt Şəhər İcra Hakimiyyətində oturan və deyəsən, elə yalnız boş-boş oturmağa görə maaş alan məmurlar görəsən, heç olmasa Gəncədə və ya Astarada baş verənlərdən xəbərdardırmı?! Barı o haqda məlumatlı olaydılar…

Short URL: http://www.cumhuriyyet.net/?p=5448

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728