Rövşən Cavadovun qətlində adı hallanan LABA kimdir?

29.03.2014 - 00:11

Əvvəllər bazarlarda reketçiliklə məşğul olan
Mübariz Pənahov reketçiliyini dövlət səviyyəsində davam etdirib varlandı

“Heydər Əliyevin Rövşən Cavadov kimi
vətənpərvər, mərd, əsl qəhrəman, dərin zəkaya, təmiz əxlaqa malik olan bir
adamı cəmiyyətin ziyanvericisinin əliylə məhv etməsinə qiymət verməyi
oxucuların öhdəsinə verirəm”


 

17
mart hadisələrinin 19 ili tamam olur.
“Yeni Cumhuriyyət” olaraq həmin hadisələrə işıq salmaqda davam edirik.
Türk diplomatı Turqut Ərin, Qarabağ döyüşlərinin qəhrəmanı polkovnik İsa
Sadıqovun və  o zaman Azərbaycan Milli
Məclisində müşavir olan, mart hadiВ­sələrində mərhum Rövşən Cavadovla bir sırada
dayanan Fərman Dəmirqolun xatirələrinin ardınca bu dəfə sizə  tanınmış dissident
Nadir Ağayevin rəsmi
veb-səhifəsində (http://nadir.info.az/?p=441#more-441)  dərc olunmuş yazını təqdim edirik.


*** 

R.Cavadovun
atası Bəxtiyar Cavadovun “Təzadlar” qəzetinə (5-12 mart 2002-ci il) 1995-ci il
martın 13-17-də baş verən hadisələrə dair yazısından: “Rövşənə Naxçıvan MTN-in
işçisi Əmiraslan Rza oğlu Əliyev atəş açmışdı və ona görə də o, öldürüldü.
Onun
etdiyi sui-qəsd də Rövşənin ölümünə səbəb olmuşdu. Əmiraslan Əliyevi hazırlayıb
terror üçün yola salan “Laba” ləqəbli Mübariz gördüyü işlə hələ də fəxr edir.”

Dünyanın bütün ölkələrində vətəndaşa Vətənin yadellilərdən,
düşməndən müdafiəsi zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə ən
yüksək ad – Milli Qəhrəman adı verilir. Bu da bütün xalq tərəfindən qəbul
olunur və xalq da öz Milli Qəhrəmanı ilə fəxr edir. Lakin, Heydər Əliyevin Azərbaycana rəhbərliyi
dövründə isə, respublikada tamamilə əks proseslər baş verir.

Heydər
Əliyev öz şəxsi marağına görə Azərbaycan xalqına amansızlıqlar göstərməsində
fərqlənənlərə ən yüksək ad, orden və medallar verir.
Belə ki,
Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında Rövşən Cavadovun
rəhbərliyilə erməni təcavüzünün qarşısını almaq üçün müstəsna qəhrəmanlıq və
şücaət göstərdiyinə görə OMON-çulara qarşı amansızlıqlar göstərdiklərinə görə
Heydər Əliyev Müdafiə Nazirliyi üzrə 34, Milli Təhükəsizlik Mazirliyi üzrə – 1,
Daxili Işlər Nazirliyi üzrə – 1 nəfərə “Milli Qəhrəman” adı vermişdir. Bundan
əlavə Müdafiə Nazirliyi üzrə 25 nəfəri “Azərbaycan Bayrağı” ordeni, 52 nəfəri
isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif etmişdir. Torpağının 20 faizi işğal edilmiş ölkədə, Heydər
Əliyevin şəxsi marağını təmin edib, “Milli Qəhrəman” adı alan, orden və
medallar alanlar ya intihar etməlidir, ya da bu addan, orden-medallardan imtina
etməlidirlər.

Sual olunur: Azərbaycan xalqının vətənpərvər, igid, qəhrəman
və sevimli oğlu Rövşən Cavadovun həyatına son qoymaq üçün Həydər Əliyevin
istifadə etdiyi “Laba” ləqəbli Mübariz kimdir? “Laba” sözünün mənası nədir?
Hansı əməlinə görə Mübarizə “Laba” ləqəbi verilib? Bütün bunlar barədə Labanın
yaxın dostu Fərəməz
Allahverdiyev “Xural” qəzetində “Labanın topdağıtmaz imperiyası!!!” başlıqlı
yazısında ətraflı məlumat verilmişdir. “Laba” – Pənahov Mübariz Həsən oğlu
1963-cü ildə Naxçıvan MR Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Məktəbdə
oxuduğu illəri Şərur Dəmir Yolu vağzalında kiçik vedrələrdə alma, armud, alça
və digər meyvələr satmaqla keçirib. Hamıdan yüksəkdə və var-dövlət sahibi
olmağı arzu edən Mübariz, bu yüksəkliyə elm və savadla deyil, qol gücü hesabına
nail olmağı üstün tutur. O Azərbaycanı tərk edib “fəaliyyətini” Moskva və
Xarkov şəhərlərində davam etdirir. SSRI-nin dağılması prosesi gedən illərdə
kriminal ünsürlər xeyli fəallaşmışdı. Həmin dövrdə keçmiş SSRI məkanında
reketçiliyin binövrəsi qoyulur. Mübariz də fürsəti əldən vermir. Bütün
mahiyyəti zalımlıq, dələduzluq üzərində köklənən Mübariz, ətrafına özü kimiləri
toplayıb, reketçiliklə məşğul olmağa başlayır. Lakin onun qurbanları başqaları
yox, özümüzünkülər, yəni ailələrinin maddi imkanlarını yaxşılaşdırmaq üçün
Moskva və Xarkov şəhərlərinin bazarlarında alver edən azərbaycanlılar olur. O,
bazarlarda alver edən azərbaycanlılar üzərində “xüsusi vergi” tətbiq edir.
“Vergi” vaxtında ödənilmədikdə isə “vergi ödəyiciləri”ni xüsusi qəddarlıqla
cəzalandırırmış. Onun belə amansız cəza tədbirlərinə görə bəzən “bazar əhli”
ona qarşı “üsyan” qaldırır. O, “üsyançılar”a divan tutulmasını əmr edir, özü də
şəxsən bu əməliyyatlarda iştirak edir və əməliyyatlar zamanı xüsusi qəddarlığı
ilə fərqlənir. Azərbaycandan kənara, ailələrinə çörək pulu qazanmaq dalınca
gedən azərbaycanlılara divan tutarkən, göstərdiyi “rəşadətə” görə ona “Laba” ləqəbi
verilir. Bu adın mənasını ondan soruşanda isə, o, belə cavab vermişdir:
“Polşada qurd nəslindən törəyən, məğrurluğu, hünəri, qorxmazlığı ilə seçilən
xüsusi it cinsi var. Orada bu itə “Laba” deyirlər. Bazarda 5-6 nəfər talışın
öhdəsindən gəldiyimə görə mənə bu adı veriblər.” Sonra o əlavə edir: “5-6
nəfərə gücümün yetişməyəcəyini görüb, onları dişləyərək, ətlərini sal-sal
qoparmışam.” (“Xural” qəzeti,
04-10 aprel 2004-cü il.)

1989-cu
ilin payızında Laba Azərbaycana qayıdır. O vaxt Naxçıvan cəbhəçiləri arasında
böyük nüfuza malik olan və Heydər Əliyevin təkrarən hakimiyyətə gəlməsində
müstəsna xidmətləri olmuş Fərəməz Allahverdiyevin vasitəçiliyilə o, AXC-yə üzv
olur. 1992-ci ilin iyun ayında Laba əslən Şərur rayonundan olan və son zamanlar
Bakıda iş adamı kimi tanınıb, çoxmərtəbəli evlər tikən Isfəndiyar Axundova
bıçaqla xəsarət yetirir. Bununla əlaqədar onun həbsi üçün sanksiya verilir. O
vaxt artıq Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri idi və
f.Allahverdiyev də bir əliyevçi kimi Əliyev komandası arasında nüfuz sahibi
idi. Həmin vaxt f.Allahverdiyev Labanı bir dost kimi xilas etmək qərarına
gəlir. O, Naxçıvan MR DI naziri Əsgər Ələkbərov və Naxçıvan MR baş prokuroru
Hüseyn Hüseynovla danışaraq məsələni yoluna qoyur. Münaqişə edən tərəflər
barışır və Laba həbsdən canını qurtarır. Sonra F.Allahverdiyev Labanın
“qəhrəmanlıqları” barədə Heydər Əliyevə məlumat verir və onunla görüşdürür.
Heydər Əliyev də Labanın “qəhrəmanlıq” əməllərindən məmnun olur və bu “ŞƏXS”
onun gözündə yüksəlir. Bundan sonra Labanın yüksəlişi və kosmik sürətlə
varlanması başlayır. O, əvvəl Sədərək Gömrük Məntəqəsində adi işçi, müfəttiş və
nəhayət heç bir ali təhsili olmayan və mənfi reputasiyalı bu adam Sədərək
Gömrük İdarəsi kimi mühüm strate
Рѕi posta rəis təyin edilir. Əvvəllər bazarlarda reketçiliklə məşğul olan
Laba, indi özünə münasib adamları ətrafına toplayıb, reketçiliyini dövlət
səviyyəsində davam etdirib, həddən artıq varlanır. Laba varlandıqca iştahı
böyüyür və daha yüksək məqsədlərinə çatmaq üçün siyasətə qoşulmaq istəyir.
Lakin ali təhsilinin olmaması onun bu məqsədinə çatmasına mane olur.
Universitetə daxil olub 5-6 ilini hədər vermək istəməyən Laba, bu istəyinə də
nail olmaq üçün çarə tapır. Heç bir ali təhsili olmayan Laba, Bakı Dövlət
Universitetinə Dağıstan ali təhsil ocaqlarından birinin saxta diplomunu təqdim
etməklə, birdən-birə hüquq fakultəsinin 3-cü kursuna qiyabi daxil olur və
hüquqşünas diplomu əldə edir.

Laba Gömrük
Idarəsinin rəisi olduqdan sonra pula pul demir. 10 ildən artıq bir müddətdə
gömrükdən yüz milyonlarla dollar əldə edir. Nəhayət Laba o qədər varlanır ki,
hətta yolunu azıb, Naxçıvan MR Ali Məclisinin sədri, Heydər Əliyevin bacısının
kürəkəni Vasif Talıbovla rəqabətə girib, onun oturduğu kürsünü ələ keçirmək
fikrinə düşür. Bununla barışmayan tayfa Labanı vəzifəsindən kənarlaşdırır. O da
var-dövləti ilə xaricə gedir.

Sonra
“Xural” qəzetinin 04-10 iyul 2004-cü il sayının anonsunda qəzetin növbəti
saylarında f.Novruzoğlunun (Allahverdiyevin) “Laba-Araslar-PKK əlaqələri necə
yarandı?” yazısının dərc olunacağı barədə məlumat verildi. (Araslar –
Türkiyənin Iğdır Bələdiyyə Başqanı Nurəddin Aras və onun qardaşları nəzərdə
tutulur – N.A.). Lakin nədənsə, belə bir yazı qəzetdə dərc olunmadı.

İndi Heydər
Əliyevin Rövşən Cavadov kimi vətənpərvər, mərd, əsl qəhrəman, dərin zəkaya,
təmiz əxlaqa malik olan bir adamı cəmiyyətin ziyanvericisinin əliylə məhv
etməsinə qiymət verməyi oxucuların öhdəsinə verirəm.

O vaxt
hadisələrin içində olmuş, Azərbaycanda Türkiyə səfirliyinin mətbuat xidmətinin
rəhbəri vəzifəsində çalışmış Turqut Ər 2011-ci ildə çap etdirdiyi “Azadlıktan
tiranlığa” (“Sanki Stalin və Beriya Hortlamıştı”) adlı kitabında Həydər
Əliyevin Rövşən Cavadovu məhv etmək üçün istifadə etdiyiu yolları çılpaqlığı
ilə açıqlayayaq geniş oxucu kütləsinin müzakitrəsinə vermişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5449

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930