Rus ordusu Azərbaycan sərhəddində
Gəmilər, raket divizionları
və dəniz piyadaları bir araya gəldi
Rusiya Xəzər Donanması gəmilərinin, raket divizionlarının və dəniz
piyadalarının iştirakı ilə Dağıstanda genişmiqyaslı taktiki təlimlər keçirilir.
Rusiya Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, Adanak poliqonunda
keçirilən təlimdə 1000-dən artıq hərbçi iştirak edir.
150 ədəd döyüş və xüsusi təyinatlı texnikanın cəlb olunduğu
təlimlərdə 2S9 “Nona” özüyeriyən “haubitsalar”, MT-12 “Rapira” tank əleyhinə
toplar, həmçinin “Metis” və “Faqot” tank əleyhinə idarə olunan raket
komplekslərindən istifadə olunur.
Təlimdə dəniz piyada taborları tərəfindən şərti rəqibin dəniz
sahilinin tutulması, gəmi qruplaşmalarının məhvi ssenariləri icra olunur. Qeyd
edək ki, martın 15-dən Rusiya Xəzər Donanmasının gəmiləri Xəzər dənizində
təlimlərə başlayıb. Təlimdə “Tatarıstan”, “Dağıstan” raket gəmiləri, “Ataman
Platov” orta desant kateri və 4 ədəd “Serna” tipli sürətli desant kateri
iştirak edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=5452