Azərbaycandakı nurçu məmurlar ölkəni tərk edə bilər

29.03.2014 - 10:11

Azərbaycandakı nurçu məmurlar ölkəni tərk edə bilərAzərbaycandakı nurçu məmurlar ölkəni tərk edə bilər

Azərbaycandakı nurçu məmurlar ölkəni tərk edə bilərFətullah Gülənin ikinci adamının Türkiyədən qaçması onları qorxuya salıb
Nurçuların lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin Türkiyədəki ikinci adamı Mustafa Özcan ölkədən qaçıb. Türkiyə mediasının yaydığı məlumata görə, Mustafa Özcan idarə etdiyi “Kaynak Holdinq”də polisin axtarış aparmasından bir neçə gün öncə heç kimə xəbər vermədən Türkiyəni tərk edib. Məlumatda deyilir ki, Mustafa  Özcan hazırda Belçikanın paytaxtı Brüsseldədir. 
Mustafa Özcan Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın və AKP-nin digər tanınmış simalarının səs yazılarını mediaya ötürən əsas şəxslərdən biri hesab edilir. O, uzun illər Fətullah Gülənin ən etibarlı adamlarından biri kimi tanınır.
Mustafa Özcanın Türkiyəni tərk etməsi artıq Gülən camaatının bu ölkədə kritik vəziyyətdə olduğunu göstərir. Böyük ehtimalla o, məhz Gülənin tapşırığı əsasında Türkiyəni tərk edib. “Azadlıq”a daxil olan məlumatlara görə, bu olay Azərbaycanın dövlət aparatında təmsil olunan nurçuların narahatlığına səbəb olub. Bildirilir ki, nurçularla əlaqəsi olan bir sıra məmurlar da ölkəni tərk etmək niyyətindədir. Onların bu qərarı Türkiyədəki bələdiyyə seçkilərindən sonra Azərbaycanda nurçulara qarşı daha sərt addımların atıla biləcəyi narahatlığından doğur.
Bu arada nurçuluqda ittiham olunan və buna görə, tutduğu vəzifədən azad edilən Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun anası deputat Rəbiyyə Aslanova bu məsələ barədə danışıb. Rəbiyyət Aslanova oğlunun işdən çıxarılmasına çox ehtiyatlı mövqe sərgiləyib. “Cənab prezident Ilham Əliyevin oğlum Elnur Aslanovun Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən çıxarılması ilə bağlı verdiyi sərəncamı normal qarşıladıq.
Hər kəs yaxşı bilir ki, prezidentin verdiyi sərəncam müzakirə olunmur. Əgər cənab prezident belə məsləhət görübsə, biz də bu qərarı normal qarşılayırıq”, – deyə deputat “Media forum” saytına bildirib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5454

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930