“Topaz” qalibin uduşunu vermədi – FOTO FAKT

19.02.2016 - 11:17
topazAzərbaycanda yeganə qanuni mərc şirkəti olan “Topaz”ın daha bir fırıldağı üzə çıxıb.

Cümhuriyyət.az Sport7.az-a istinadla xəbər verir ki, buna dair sübutlar var.

Belə ki, Bakıda mərc həvəskarlarından biri ötən gecə “Topaz” məntəqəsinə daxil olaraq “At Yarışı” üzrə mərc edib. Yarış nömrəsi 121 olan at qaçışında mərc həvəskarı 7 nömrəli atın finişə birinci, 4 və ya 5 nömrəli atın isə 2-ci çatacağına pul qoyub. Mərc həvəskarının praqnozu özünü doğruldub. Belə ki, “Ardıcıl İkili”ni düzgün təxmin edən vətəndaş finişə 1-ci 7 nömrəli, 2-ci kimi isə 5 nömrəli atın çatmasına sevinib.

Onun “Ardıcılı İkili”dən qazancı isə 17 manat 80 qəpik olub. Ancaq uduşunu almaq üçün “Topaz” məntəqəsinə yaxınlaşan şəxs uduşu 17,80-nin əvəzinə kupona yatırdığı 2 manatı geri alıb. Nəyə görə uduşunu ala bilməməsinə isə “Topaz” məntəqəsinə aydınlıq gətirmək mümkün olmayıb. Həmin an “Topaz” məntəqəsində çalışan şəxslə mübahisə etmək də mənasızdı. Çünki uduşlar kompyuterləşdirildiyindən tərəflərin edəcəyi bir şey yoxdu.

Adətən, mərc həvəskarının pulu yarış ləğv olunduğu halda geri qaytarılır. İş burasındadı ki, yarış da ləğv olunmayıb. Bunu sizə təqdim etdiyimiz fotodan da görmək mümkündü. Görünür, maliyyə problemlərinin yaşandığı bir vaxtda “Topaz” vətəndaşı qazancına göz dikir və çıxış yolunu mərc həvəskarlarını soyaqda görür.

“Topaz”ın fırıldağını sübuta yetirən fotoları təqdim edirik:

Qaynar.info

Short URL: http://www.cumhuriyyet.net/?p=54544

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728