Obamanın "yeni Rusiya" planı

29.03.2014 - 10:58

Obamanın "yeni Rusiya" planıObamanın “yeni Rusiya” planı

Obamanın "yeni Rusiya" planıQərb Rusiyada Səudiyyə faktorunu işə salır
ABŞ prezidenti Barak Obama Səudiyyə kralı ilə görüşüb. Rəsmi məlumatlarda deyilir ki, bu, Rusiyanın dünya enerji bazarındakı rolunu azaltmaq istiqamətində addımları dəqiqləşdirmək və sürətləndirmək məqsədi daşıyır.
Rəsmi versiyanın üzərində dayanmamaq, təbii ki, düz olmazdı. Eyni zamanda, bilirik ki, Ərəb ölkələrinin alternativ enerji mənbəyi rolunda çıxış etməsi və hasilatı artırması Rusiya üçün ağır zərbə olacaq. Bununla da Rusiyanın Avropa ilə sərt ritorikasına son qoymaq mümkün olacaq. Həmçinin, Putinin şəxsi gəlirləri də zərbə altına düşəcək. Kreml belə vəziyyətdə yeni siyasi qərarlar qəbul etmək məcburiyyətində qalacaq. Bu, hətta radikal qərarlar da ola bilər, amma bununla ABŞ Kremli isterika müstəvisinə keçirmiş olacaq.  Təbii ki, bunun paralelində iqtisadi sanksiyalar ixrac-idxal, xidmət sektorunu da əhatə etsə, bu, rəsmi Moskva üçün əsl çətin vəziyyət yaradacaq. Çünki bütün iqtisadiyyatı neftdən asılı olan ölkə kimi, Rusiya qan itirmiş nəhəngə çevriləcək.
Bu təbii ki, elan olunan rəsmi addımlardan çıxan nəticədir. Amma güman etmək çətin deyil ki, bu səfərin ikinci və üçüncü  mühüm pərdəarxası məqamları da var.
Yaxın tarixin mesajı
Əslində, ABŞ-ın Islam dünyasında ən yaxın müttəfiqi sayılan Səudiyyə Krallığının kəşfiyyat şefi ötən bir il ərzində iki dəfə Moskvaya gəlmişdi. O zaman Kremlə yaxın analitiklər və strateqlər yazırdılar ki, Rusiyada çox ciddi Səudiyyə faktoru formalaşıb. Yəni, bu ölkədə siyasi vəziyyətə təsir edə biləcək qədər müsəlman (Səudiyyəyə bağlı) var. Belə olan halda, Səudiyyə Krallığı Rusiyaya qarşı iqtisadi əməliyyatlarda iştirak etməyə razılıq verirsə, deməli, bu, kompleks yardımlaşma ola bilər. Bu yardımlaşmaya Rusiyada daxili siyasi vəziyyəti gərginləşdirmək də daxil ola bilər. Çünki bir neçə dəfə dünyada ən ciddi media orqanlarının da diqqətini çəkib ki, Rusiyada milyonlarla insan cümə namazına toplaşır və bunların böyük əksəriyyəti də özü üçün ideya mərkəzi kimi Səudiyyə Ərəbistanındakı dini məqamları görür. Bu, Rusiyanın daxilində gərginlik üçün əsas amilə çevrilə bilərmi? Çeçenistan müharibəsi də onu deməyə əsas verir ki, Rusiya üçün belə bir təhlükə var.
Harada və necə?
Bu təhlükə özünü harada və necə göstərə bilər? Sözsüz ki,  ilk növbədə ağla gələn Şimali Qafqazdır. Rusiya uzun müddətdir bu bölgədə hərbi hazırlıq vəziyyətindədir. Şimali Qafqaz Kremlin demək olar ki, nəzarət edə bilmədiyi bölgədir. Üstəlik, buradakı dini qruplaşmalar özlərini “bölgələrin əmiri” elan edərək, faktiki rəsmi idarəetməni  tanımırlar, ona qarşı silahlı müqavimət göstərirlər. Rusiya mediasına istinadən demək olar ki, Dağıstanda insanları  hüquq-mühafizə orqanlarında vəzifəli işlərə cəlb etmək çətinləşib. Çünki son nəticədə bu, hansısa silahlı basqının qurbanı olmaqdan başqa heç nə vəd etmir. Bu bölgənin əmirləri isə öz dini ideyalarını Səudiyyə Krallığındakı müəllimlərindən alırlar. Putin Rusiyası üçün bu çox canalıcı sınaq ola bilər. Yəni, nəinki Qərblə savaşda, hətta o savaşla müqayisədə təlim sayılacaq proseslərdə də Kreml siyasi müvazinətini itirə bilər.
Putin “davam” desə…
Putin bu siyasətini davam etdirməkdə israrlı olsa, Qərb onunla daha tez haqq-hesab çəkməyə məcbur olacaq. Fəqət,  Rusiyadakı siyasi vəziyyət daim hücumda oynamağı da, müdafiə olunmağı da istisna edir. Ölkədə sosial iqtisadi böhran göz qabağındadır. Yuxarıda ümumi şəkildə qeyd etdik ki, ölkə əksər malları xaricdən almağa məcburdur və yerli istehsal (qeyri-neft sektorunda) demək olar ki, iqtisadi mövcudluqda deklorativ yer tutur. Bu isə o deməkdir ki, Rusiyada növbəti müharibə daxildə başlaya bilər.
Bu mövzu ilə bağlı araşdırılmalı məqamlardan biri də Rusiya daxilində Hərbi Sənaye Kompleksi ilə Kəşfiyyat orqanlarının və polisin münasibətləridir. Uzun müddətdir ki, beynəlxalq hərbi cinayətkarlıqda və silah qaçaqçılığında adı hallanan bir neçə generalın bu proseslərdə oynayacağı rol da maraqlıdır.
Yazının sonunda onu da xatırladaq ki, adı Putinlə tez-tez hallanan məhşur silah qaçaqçısı But hələ də ABŞ-da həbsxanadadır. (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5458

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930