Ekspert Azərbaycanda satılan kərə yağının keyfiyyətindən danışdı

19.02.2016 - 13:41

aib“Kərə yağı hazırlanmasında süddən əldə olunan AMF (süd piyi) istifadə olunir ki, bu da birbaşa süddən əldə olunan kərə yağından xeyli fərqlənir və bu məhsuldan Azərbaycana da gətirilir”.

Virtualaz.org xəbər verir ki. bunu jurnalistlərə açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O vurğulayıb ki, bir müddət əvvəl səfərdə olduğu Yeni Zelandiyada da kərə yağı istehsalı ilə məşğul olan zavodlar bunu təsdiqləyib:

“Bu ölkədən Azərbaycana kərə yağı gətirilir. Azərbaycanda saxta Yeni Zelandiya yağları olması barədə istehlakçılardan şikayətlər daxil olurdu. Mən həmin zavodlarda oldum və özüm şahidi oldum ki, Azərbaycana həqiqətən kərə yağı göndərilir. Ümumiyyətlə, Yeni Zelandiya tam kənd təsərrüfatı, qeyri-adi heyvandarlıq ölkəsidir. Ölkədə vəhşi heyvan yoxdur, flora-fauna çox ciddi şəkildə qorunur. Şimal və cənub adaları çox ciddi fərqləmir. Mənim olduğum zavod cənub adasında idi. Bu adadakı zavodda Azərbaycan üçün yağlar hazırlanır və mən özüm prosesin şahidi oldum”.

E.Hüseynov vurğulayıb ki, Azərbaycana gətirilən AMF-in miqdarı və hansı şirkətə göndərildiyi barədə dəqiq məlumat verilməyib: “Bu maddədən yağın hazırlanması zamanı tərkibinə marqarin və digər qatqılarln əlavə olunması ehtimalı böyükdür. Orada zavodlarda təsdiqlədilər ki, AMF Azərbaycana da göndərilir. Sağlamlığa ciddi ziyanı olmasa da, əsl kərə yağından dadına görə xeyli fərqlənir”.

Birlik sədri onu da əlavə etdi ki, Yeni Zelandiya kənd təsərrüfatından çox böyük gəlir əldə etdiyinə görə, hər şeyə ciddi nəzarət edilir: “Mən keyfiyyətə nəzarət edən dövlət qurumunun nümayəndəsi ilə görüşdüm. O bildirdi ki, Yeni Zelandiya 120 ölkəyə mal ixrac edir. Kənd təsərrüfatı məhsullarından illik 12 milyard dollardan artıq gəlir əldə edirlər. Zavodların fəaliyyətinə də dövlət tərəfindən ciddi nəzarət var. Heyvanlar açıq havada saxlanılır, onlar ömür boyu tövlə şəraitində olmur. Orta hesabla, gündə 30 litr süd verən inəklər var”.

Short URL: http://www.cumhuriyyet.net/?p=54589

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728