2 nəfər itkin düşdü – Biri İTV-nin əməkdaşıdır

19.02.2016 - 13:52

dfAzərbaycanda daha 2 nəfər itkin düşüb.

Daxili İşlər Nazirliyindən Cümhuriyyət.az-a verilən məlumata görə, 20.10.1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızı 11.01.2016-cı il tarixdə Bərdə şəhərində, 13.12.1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlu isə 23.01.2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq gediblər və bir daha geri qayıtmayıblar. Sonuncu dəfə Türkanə paytaxt ərazisində görünüb.

İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir. Rəşad Əliyevin boyu isə 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir.

Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

Məlumat üçün bildirək ki, R.Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

Short URL: http://www.cumhuriyyet.net/?p=54602

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728