Politoloq: "Elnur Aslanov dalğasının davamı gələcək"

29.03.2014 - 12:57

Politoloq: “Elnur Aslanov dalğasının davamı gələcək” 

“Ərdoğan seçkilərdən sonra yenə rəsmi Bakıdan Gülən şəbəkəsinə qarşı mübarizə etmək üçün yardım istəyəcək”.
 
Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
 
O, Türkiyədəki seçkilərdən sonra Gülənə qarşı savaşın ən yüksək mərhələyə çatacağını bildirib:
 
“Bələdiyyə seçkiləri Türkiyədə çox gərgin keçir. Düşünürəm ki, seçkidən sonra Ərdoğan müxalifətə qarşı siyasətində bir qədər yumşalmağa meyl edəcək. Öncələr də Ərdoğanın seçkilərdən sonra yumşaq açıqlamaları olurdu. Amma bu dəfə fərqli olacaq. Ola bilsin ki, müxalifətə qarşı yumşaq mövqe tutacaq. Lakin Gülən hərəkatı bura aid olmayacaq. Düşünürəm ki, Ərdoğan əvvəlki tək Gülən hərəkatını bitirməyə çalışacaq. Gülən bu dəqiqə onun üçün müxalifətdən və vaxtilə onu hakimiyyətdən devirməyə hazır olan generallardan daha təhlükəlidir. Ərdoğan onları boş buraxsa, özünün siyasi sonu yaxınlaşacaq. Ona görə də Baş nazir seçkilərdən sonra da onlara qarşı savaşacaq”.
 
Politoloq, Elnur Aslanovun istefaya göndərilməsinin hələ başlanğıc olduğunu qeyd edib:
“Ərdoğan seçkilərdən sonra yenə rəsmi Bakıdan Gülən şəbəkəsinə qarşı mübarizə etmək üçün yardım istəyəcək. Düşünürəm ki, Gülən hərəkatına qarşı başlanmış bu dalğa təkcə Elnur Aslanovun istefası ilə yekunlaşmayacaq. Onun ardı da gələcək”.
 
Qeyd edək ki, Türkiyə mətbuatı 30 mart seçkilərindən sonra Fətullah Gülən hərəkatına qarşı böyük əməliyyatın başlayacağı haqda iddialar irəli sürmüşdü. Keçiriləcək əməliyyatların Türkiyədən kənar əraziləri də əhatə edəcəyi bildirilmişdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5463

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930