Orduda bıçaqlanma və güllələnmə: Əbiyevin irsi davam edir

29.03.2014 - 13:48

Orduda bıçaqlanma və güllələnmə: Əbiyevin irsi davam edir

Azərbaycan ordusunda insidentlərin arası kəsilmir.
Virtualaz.org xəbər verir ki, bu gün bir əsgərin “ehtiyatsızlıqdan” özünü güllələməsinin ardınca daha bir əsgərin xidmət yoldaşını bıçaqladığı məlum olub.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Səməd Əkbərli aralarında yaranan münaqişə zəminində hərbçi yoldaşı Kənan Məmmədzadəni bıçaqlayıb.
K.Məmmədzadə hospitala yerləşdirilib, vəziyyəti kafidir. Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Bundan əvvəl isə bir əsgər özünü güllələyib. Hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb. 
Əsgər Rahid Səttar oğlu Əsgərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər. R.Əsgərov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ilin əvvəlindən bu yana Azərbaycan ordusunda əsgərlərin “ehtiyatsızlıqdan” özünü güllələməsi ilə bağlı insidentlərin sayı 20-ni keçib. Habelə 10-dan çox əsgər intihar edib. Əsgərlər intihar üçün tabeçiliyindəki avtomat silahlardan, kəndirdən və… siçovul zəhərindən istifadə edir. Sonuncu insident Novruz bayramı günlərində Zaqatalada yerləşən hərbi hissədə qeydə alınmışdı.
Şübhəsiz ki, Müdafiə Nazirliyinin əsgərlərin “ehtiyatsızlıqdan” özlərini güllələməsinə dair verdiyi standart rəsmi açıqlamalar hərbi hissələrdə ardı-arası kəsilməyən qeyri-döyüş itkilərinin və xəsarətlərin əsl səbəbini izah etmək üçün kifayət deyil.
Belə hallar əksər hallarda nizamnamədən kənar münasibətlərin, özbaşınalığın, korrupsiyanın və hərbi intizamın zəif olmasının nəticəsində baş verir.
Belə görünür ki, Azərbaycan ordusunda “Əbiyevin irsi” hələ də davam edir və indiki müdafiə naziri Zakir Həsənovun vəziyyəti dəyişmək səyləri nəticə vermir. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=5464

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930