Ərdoğan bu gün Obamaya zəng edəcək

19.02.2016 - 17:43

erdoqan-obamaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün amerikalı həmkarı Barak Obama ilə telefonda Suriyadakı kürd qruplaşması PYD və onun silahlı qanadı YPG ilə bağlı müzakirələr aparacaq.

Virtualaz.org TRT Haber-ə istinadən bildirir ki, bu barədə Ərdoğan özü məlumat verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə prezidenti PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı növbəti dəfə tənqid etmişdi.

Ərdoğan 20-ci muxtarlar toplantısında çıxışında bildirmişdi ki, PKK ilə PYD və YPG-nin bir fərqi yoxdur: “Amerikaya deyirik ki, bunlar terror təşkilatlarıdır, cavab verirlər ki, onları terror təşkilatı olaraq görmürük. Ey Amerika, siz bizim tərəfimizdəsiniz, yoxsa PYD-nin, YPG-nin? Siz bu təşkilatları bizə tanıda bilməzsiniz. Biz bunları çox yaxşı bilirik. Amma bunların heç birini bu günə qədər tanıya bilməmisiniz. Ona görə də, bu gün bölgə qan içindədir. Bu necə ortaqlıqdır? Anlamaq mümkün deyil”.

Onu da xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=54661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728